
“110 manat ünvanlı sosial yardım"la bağlı AÇIQLAMA
“Son günlər sosial şəbəkələrdə guya işsiz şəxslərə “110 manat ünvanlı yardım” almaq üçün “yol göstərən”, əslində onlarda yanlış təsəvvür, çaşqınlıq yaradan videolar paylaşılıb”.
Lent.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. O qeyd edib ki, aztəminatlı ailələrə ünvanlı yardım ailənin ümumi ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq qədər təyin olunur:
“Həmin fərq kimi, ailələrə təyin olunan ünvanlı yardımlar da müxtəlif məbləğlərdə ola bilər. Ona görə bu videolarda “110 manat ünvanlı sosial yardımı” ifadəsi absurddur.
Bu, eləcə də birdəfəlik ödəmə, ünvanlı sosial yardım almaqdan ötrü müraciət olunması ilə bağlı videolardakı əsassız “məsləhətlər”, təqdim edilən səhv müraciət prosedurları müəllifin uydurmasıdır.
Sosial şəbəkə istifadəçilərinə bu kimi yanlış məlumatlara inanmamağı tövsiyə edirik. Vətəndaşlarda çaşqınlıq yaradan belə yalan videoməlumatlar və müəllifləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

Oxşar yazılar

Koronavirusla bağlı son STATİSTİKA
19 yanvar 2021 , 09:31
"Dərs vaxtı"nın bugünkü CƏDVƏLİ
19 yanvar 2021 , 09:02Türkiyədən qardaş yardımı: “Yeni Klinika”ya təqdim olundu - FOTO
19 yanvar 2021 , 00:28
Xəzərdə dalğanın hündürlüyü 2.8 metrə çatdı – FAKTİKİ HAVA
18 yanvar 2021 , 21:23
“Düşmən bu dəfə onu ürəyindən nişan alır...” – Şəhid kapitan necə tarixə düşdü?
18 yanvar 2021 , 20:15
Azərbaycana bu yerlərdən ət gətirilməsinə qadağa
18 yanvar 2021 , 18:39
Kəlbəcərin Alolar kəndi - VİDEO
18 yanvar 2021 , 18:33
Koronavirus statistikası: 118 nəfər yoluxdu, 503 nəfər sağaldı, 13 nəfər öldü
18 yanvar 2021 , 18:30