11-ci sinfi bitirən şagirdlərin sayı  AÇIQLANDI
11 iyun 2021 15:27 (UTC +04:00)

11-ci sinfi bitirən şagirdlərin sayı AÇIQLANDI

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır. 

# 1470
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar