Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2021-ci ilin yanvar-noyabr ayları ərzində 101 775 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildirilib ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 11,1 təşkil edib.
Doğulan körpələrdən 2628 nəfəri əkiz, 75 nəfəri üçəm, 8 nəfəri isə dördəm olub.