İstehlaka yararsız və istifadə müddəti bitən 110 kiloqram qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, bununla bağlı müraciət “PN Azerbaijan” MMC-dən daxil olub.
Bildirilir ki, məhv edilən qida məhsulu Kabrita adlı uşaq yeməyidir. Məhsulun satışını həyata keçirən “PN Azerbaijan” MMC-nin ölkədəki ən iri aptek şəbəkələri ilə müqavilələri var.