Təhsil Nazirliyi bəzi təhsil müəssisələrinin fəaliyyətini “kafi” qiymətləndirib
Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Gəncə Musiqi Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinin əhəmiyyətindən danışıb və müvafiq məsələlərlə bağlı fikirlərini bildirib. Prezident yanında Dövlət İdarəçilik Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri, Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri İbrahim Quliyev bu təhsil müəssisəsində aparılan akkreditasiyanın nəticələri barədə şura üzvlərinə məlumat verib. İ.Quliyev bildirib ki, komissiya akademiyada müvafiq ixtisaslar üzrə tədrisin təşkilinin və həyata keçirilməsinin vəziyyətini, onun dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu araşdırıb, mütəxəssis hazırlığını öyrənmək məqsədi ilə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanmasını həyata keçirib və akademiyanın fəaliyyətini yüksək qiymətləndirib. Sonra Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev Odlar Yurdu Universiteti üzrə aparılan akkreditasiyanın nəticələri barədə çıxış edib. H.Zərbəliyev universitetdə mütəxəssis hazırlığının keyfiyyəti haqqında danışıb, elmlər doktoru və professorların sayını və digər göstəriciləri, eləcə də komissiyanın gəldiyi qənaəti diqqətə çatdırıb. Azərbaycan Kooperasiya Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Texniki Universitetinin Sənaye iqtisadiyyatı və menecment kafedrasının müdiri Ramiz İsgəndərov bu təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verib. R.İsgəndərov universitetin professor-müəllim heyətinin xaricdə ixtisasartırma kurslarında olması, məzunların ixtisasları üzrə işlə təmin olunmaları və digər statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb. Daha sonra 2 nömrəli Bakı Baza Tibb Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramlarının məzmunundan, müəssisədə tədrisin təşkili vəziyyətindən söhbət açıb. Gəncə Musiqi Kolleci üzrə Akkreditasiya Komissiyanın sədri, Bakı Slavyan Universitetinin kafedra müdiri Nuridə Novruzova kollecin tədris şəraiti, son beş ildə müəllim heyətinin hər 10 nəfərinə düşən qriflə nəşr olunmuş dərs vəsaitlərinin sayı, eyni zamanda pedaqoji heyətin fəaliyyəti barədə məlumat verib.
Akkreditasiya Şurasının iclasında mövcud meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Dövlət İdarəçilik Akademiyasının və Odlar Yurdu Universitetinin fəaliyyəti “yaxşı”, Azərbaycan Kooperasiya Universitetinin və digər iki kollecin fəaliyyəti isə “kafi” qiymətləndirilib. İclasda, həmçinin qeyd olunan təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

1510