Media rəhbərləri Tayvanda dünya konqresinə qatılıblar
APA-nın xəbərinə görə, Konqresdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri və Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu və “APA- Group”un baş direktoru Vüsalə Mahirqızı, BAMF-ın Proqramlar və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Nik Nvolisa daxildir.
Dünyanın əksər ölkələrinin tanınmış və tirajlı media qurumlarının rəhbər şəxslərinin, məşhur imzalarının iştirak etdiyi bu konqresdə müxtəlif sessiyalarda müzakirələr aparılıb.
Konqresin açılış mərasimində Tayvan prezidenti Ying Jeou Ma çıxış edib. O, dünyada media azadlığının inkişafa böyük təkan verdiyini bildirib və bu mötəbər toplantıya ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib.
Açılış mərasimində BMİ-nin direktoru xanım Alison Mckenzie də çıxış edib. O, dünyada söz azadlığının durumundan, yeni medianın yaranması ilə başlayan müzakirələrdən danışıb.
Tayvan Mətbuat və İnformasiya Nazirliyinin təşkil etdiyi şam yeməyində BMİ-nin ötən bir il ərzində seçdiyi və “Dünya Mətbuat Azadlığı Qəhrəmanları” siyahısına daxil etdiyi iki jurnalistin adını açıqlayıb.
A. McKenzie deyib ki, bununla da BMİ Dünya Mətbuat Azadlığı Qəhrəmanlarının sayı 62-yə çatıb: “Bu il BMİ azad mediaya dəstək olan 2 jurnalisti mükafatlandırmağa qərar verdi, çünki onları bir-birindən ayırmaq mümkün deyil. Mükafatçı elan edilən ABŞ jurnalisti Daniel Pörl və Cənubi Afrikalı redaktor Raymond Louv terrorizmlə mücadiləsinin və Cənubi Afrikada aparteid rejiminin sonuclanmasının ən kritik məsələlərini işıqlandıran araşdırmaçı jurnalistlər kimi çalışıblar. Cənab Daniel Pörl 2002-ci ildə Pakistanda qəddarcasına qətlə yetirilib, Raymond Louva isə şəxsən mükafatı alacaq”.
Xanım McKenzi çıxışında bildirib ki, peşə vəzifələrini yerinə yetirirkən jurnalistlərin öldürülməsi əsas səbəb olaraq qalmaqdadır.
Daha sonra 2011-ci ilin Azad Media Pioneri mükafatı da təqdim edilib. Builki mükafatın sahibi Tunisdə fəaliyyət göstərən on-line “Kalima” radiosu olub. Bu radio Tunisin keçmiş prezidenti Zine əl-Abidin dövründə obyektiv xəbərlər yaydığı üçün mütəmadi təzyiqə məruz qalıb. Qeyd edək ki, BMİ-nin Azərbaycan Milli Komitəsi Umud Rəhimoğlunun rəhbərliyi ilə builki seçimlərdə və yekun siyahının hazırlanmasında iştirak edib.
Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti müzakirələrə qatılıb, konqres çərçivəsində bir sıra görüşlər keçirib.
Bu görüşlər arasında “CNN International”ın aparıcı müxbiri Cim Klansi, Bostonun GlobalPost (ABŞ) icraçı redaktor və vitse-prezidenti Çarlz M. Sennot, Nigeriya, Banqladeş, Avstriya, Finlandiya, ABŞ nümayəndələri və BMİ-nin rəhbərliyi ilə keçirilən görüşlərdə Avstriya, Finlandiya, ABŞ, Çin Nigeriya, Banqladeş nümayəndələri, həmçinin BMİ-nin rəhbərliyi ilə keçirilən görüşlərdə Azərbaycandakı media mühiti barədə məlumat verilib.
Görüşlərdə jurnalistlər Azərbaycanla bağlı daha çox məlumat almaq istədiklərini bildiriblər. CNN-dən (ABŞ) Jim Klansi CNN Report üçün material hazırlamaq üçün noyabr ayında Azərbaycana səfər etmək təklifi aldığını, Azərbaycanın maraqlı tarixi olduğunu və bunu işıqlandırmaq istədiyini bildirib.
Sessiya çərçivəsində aparılan müzakirələr daha çox yeni media, sosial şəbəkələr, yeni texnologiyaların KİV-ə tətbiqi, yeni və ənənəvi medianın inteqrasiyasının yollarının araşdırılması, medianın böhran mühitində biznes kimi qalması üçün imkanların aranması ilə bağlı olub. Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edib.
Konqres sentyabrın 28-də başa çatacaq.

639