Səməd Seyidov ABŞ səfirliyinin siyasi şöbəsinin müdirini qəbul edib - FOTO
21 sentyabr 2011 12:19 (UTC +04:00)

Səməd Seyidov ABŞ səfirliyinin siyasi şöbəsinin müdirini qəbul edib - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov ABŞ səfirliyinin siyasi şöbəsinin müdiri Antoni Bairdi qəbul edib.
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADU-nun tarixi barədə məlumat verən Səməd Seyidov universitetdə 14 dilin tədris olunduğunu, 5 mindən çox tələbənin təhsil aldığını nəzərə çatdırıb.
ABŞ ilə mövcud olan əlaqələrdən danışan Səməd Seyidov bu yaxınlarda ADU-ya yay məktəbinə gələn amerikalı tələbələrin bu müddət ərzində Azərbaycan dilini, tarixini, mədəniyyətini, musiqisini öyrəndiklərini qeyd edib.
Antoni Baird isə bundan məmnun olduğunu dilə gətirib.
# 416

Oxşar yazılar