Anar İsgəndərov Azərbaycan həqiqətlərini Amerikaya tanıtdı
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru professor Anar İsgəndərovun “Realities of Azerbaijan: 1917-1920” (“Azərbaycan həqiqətləri: 1917-1920”) adlı kitabı Amerika Birləşmiş Ştatlarında nəşr olunub. BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kitaba türk-erməni araşdırmaları üzrə görkəmli mütəxəssis, tarix elmləri doktoru, professor Castin Makkarti ön söz yazıb.
Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, ermənilərin Osmanlı imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqafqaziya Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi, ermənilər tərəfindən 1918-1920-ci illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində türk-müsəlman əhalisinə qarşı, o cümlədən, Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda həyata keçirilən soyqırımları, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı Xalq Komissarları Soveti, İngilis qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv sənədləri və qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilib. 1990-2010-cu illərdə Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçı siyasət, o cümlədən, BMT-nin ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnaməsi də öz əksini tapıb.
Kitab ABŞ-ın ən nüfuzlu təşkilatlarına, o cümlədən, Konqres kitabxanasına təqdim olunub.

Oxşar yazılar

84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 00:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09
Vanqa və "yaşayan Nostradamus"dan 2025-ci il üçün eyni sensasiyalı PROQNOZ
21 iyul 2025 , 17:12
Bakıda bu avtobus zolaqlarında sərnişin düşürməyə icazə verildi
21 iyul 2025 , 15:58