İslamı qəbul etmiş tanınmış xristian din xadimləri - FOTO
İslam dünyanın ən geniş yayılmış ikinci böyük dinidir. Eyni zamanda dünyanın ən tez böyüyən dinlərindən biridir. Dünyada təqribən 1 mlrd. 200 mln. nəfərə yaxın müsəlman yaşayır. Müsəlmanların əksəriyyəti sünni, 10-20%-i isə şiədir. Müsəlmanların təxminən 13%-i ən böyük müsəlman ölkəsi olan İndoneziyada, 25%-i Cənubi Asiyada, 20%-i Yaxın Şərqdə, 2%-i Orta Asiyada, 4%-i Cənub-Şərqi Asiya ölkələrində, 15%-i Afrikada yaşayır.
Müsəlmanlar haqqında stereotip kimi zaman-zaman mənfi obrazın formalaşmasına baxmayaraq, bu gün dünyada milliyyətindən, dinindən və digər xüsusiyyətindən asılı olmayaraq, bir çox insan İslamı qəbul edir. Lent.az onlardan bir neçəsinin İslama qədərki və sonrakı həyatı, fəaliyyəti barədə məlumatları təqdim edir.
İslam dəvətçisi: Braziliyalı keçmiş keşiş Dui Santos
Bir vaxtlar Braziliyanın ən tanınmış keşişi olan Komis Dui Santos müsəlman olduqdan sonra bütün fəaliyyətini İslamın yayılmasına yönəldib. 22 il keşiş olan və sonradan İslamı qəbul edən Hacı İsmayıl Santos bu günə qədər 250-dən çox xristianın kəlmeyi-şəhadət gətirərək müsəlmanlığı qəbul etməsinə nail olub.
Özünü İslama dəvət işinə həsr edən Hacı İsmayıl Santos yaratdığı saytında və İslam haqqında yazdığı kitablarla Braziliya xalqını İslamla tanış edir və bundan böyük məmnunluq hissi keçirdiyini bildirir: “Məni ən çox sevindirən hadisə bir insanın kəlmeyi-şəhadət gətirərək müsəlman olmasıdır. İslama xüsusilə 11 sentyabr hadisələrindən sonra Latın Amerikasında böyük maraq göstərilir. Hər gün ən azı 10 nəfər braziliyalı müsəlman olur. Argentina, Meksika, hətta Kubada da İslam eyni sürətlə yayılır. Amma çox təəssüf ki, İslam dünyası bu dəqiqə yatır. Bu yuxudan oyanmağın vaxtı yaxınlaşır. Çünki hadisələr məhz buna yönəlib. Yer üzünün gecə-gündüz çalışan İslam dəvətçilərinə ehtiyacı var. Müsəlmanlar olaraq, görülməli hələ çox işimiz var. İslam dəvətini dünyanın hər tərəfinə yaymalıyıq. Xüsusilə, gəncləri İslam dəvətçisi olmağa çağırıram”.
Xristian dünyasının tanınmış keşişlərindən olan Hacı İsmayıl Santos kimdir?
Hacı İsmayıl Santosun başqa bir özəlliyi də odur ki, dünyada 3 Bibliya hafizindən biridir. Qurani-Kərim yüzlərlə müsəlman tərəfindən rahatca əzbər öyrənilir, amma Bibliyanı əzbərdən bilən çox az sayda insan var. Müsəlman olduqdan sonra Hacı İsmayıl Santos bir neçə kitab yazıb: «Necə və nə üçün müsəlman oldum?», «Xristianları İslama necə dəvət edək?», «Müsəlmanlar nəyə iman gətirir?», «Müsəlmanların əqidəsi nədir?» və s.
Hacı İsmayıl Santos İslamı qəbul etdikdən sonra kilsə tərəfindən dəfələrlə ölümlə təhdid edilib. Lakin o, bütün təhlükələrə rəğmən, ömrünün sonuna qədər İslama və onun yayılmasına xidmət edəcəyinə söz verib. Suriyanın Dəməşq şəhərində ərəb dilini öyrənən Hacı İsmayıl Santos braziliyalı gənclərdən bir çoxunu ora dəvət edərək onların təhsil almasına kömək edir. İslam elmlərinin müxtəlif sahələrini öyrənən gənclər daha sonra Braziliyaya qayıdaraq, insanlara İslamı öyrətməyə başlayırlar.
İslamla tanışlıq
Hacı İsmayıl Santosun İslamla tanışlıq tarixi 1997-ci ildən - Braziliyanın paytaxtı San Paulodakı Medde kilsəsində idarəçi işləyərkən başlayıb: “Bir keşiş dostum yanıma gələrək qızıyla bağlı məndən kömək istədi. Keşiş dostumun qızı xristianlıqdan imtina edərək müsəlmanların yığıncaqlarına gedirmiş. Bu vəziyyətdən çox narahat olan dostum qızı ilə danışmağımı və onu fikrindən döndərməyimi, İslamdan uzaqlaşdırmağımı xahiş etdi. Mən dostumun istəyi ilə qızını kilsəyə dəvət etdim. Qız bir neçə gün sonra kilsəyə gəldi və onunla İslam haqqında mübahisə etməyə başladıq. Qızın İslam haqqında kifayət qədər məlumatı yox idi, lakin yeni qəbul etməyinə baxmayaraq, imanı güclü idi. Mən onu fikrindən daşındıra bilmədim, amma o, məni müsəlmanların toplandığı məkana gəlməyə razı saldı. Məqsədim İslam haqqında daha çox məlumat toplayıb dostumun qızını oradan uzaqlaşdırmaq idi. İki gün sonra San-Paulodakı İslam dəvət mərkəzinə getdim”.
İslamda tovhid anlayışından təsirləndim
“Məşhur adam olduğumdan müsəlmanlar məni görəndə çaşdılar. Əvvəlcə məni liviyalı Əhməd Əli Seyfi qarşıladı. O, məni mərkəzin məscidinə apardı. Məsciddə Bilal adlı bir braziliyalı ilə tanış oldum. Bilal əvvəllər ateist imiş. Müsəlman olduqdan sonra isə bütün həyatı dəyişib. Üzündə qəribə bir rahatlıq və sükunət vardı. Bilaldan mənə İslamı anlatmasını istədim. Dörd saat heç nə danışmadan Bilalı dinlədim. Danışdıqlarından o qədər təsirlənmişdim ki, danışa bilmirdim. İçimdən hönkürüb ağlamaq gəldi. Bilal mənə əvvəlcə tovhidi anlatdı. Daha sonra İslam və Qurani-Kərimin əmrlərindən bəhs etdi. Əsasən İslamın tovhid anlayışından çox təsirləndim. Uzun illər dini təhsil aldığım üçün tovhidə dair bütün fikirləri aydın dərk edə bilirəm. Bilal mənə “Quran, İncil və elmlər” adlı bir kitab bağışladı. Üç gün gecə-gündüz o kitabı oxudum. Mənə o qədər təsir etmişdi ki, kitabı bitirdikdən sonra İslamın Allahın dini olduğuna bütün qəlbimlə inandım və müsəlman olmaq qərarına gəldim”.
Amerikalı tanınmış din xadimi Yusuf Estes
Miduestdə dindar xristian ailəsində dünyaya gələn Yusuf Estesin ata-babaları bura ilk gəlib məskunlaşan, kilsə və məktəbləri tikən insanlardan idilər. Müsəlman olana qədər ən böyük arzusu bir müsəlmanı xristian etmək olan Yusuf Estes ABŞ-da xüsusən katolik rahib və vaizlərin İslama böyük maraq göstərdiklərini, hətta bir çox rahibin İslam mövzusunda doktorluq işi yazdığını söyləyir. Keşiş kimi fəaliyyət göstərdiyi dövrdə əsas məqsədinin bir müsəlmanı xristian etmək, özünün dediyi kimi, «İsa naminə xilas etmək» və bundan böyük zövq almaq idi.
Onun üçün müsəlman kim idi?
Rahib olduğu zamanlarda müsəlmanlara quldur, terrorçu, pis adamlar kimi baxan Yusuf Estes bildirir ki, bu cür düşünməyinin səbəbi illərlə İslam və müsəlmanlar əleyhinə söylənən yalanların onlara çox güclü təsir etməsi və bununla da İslama qarşı formalaşan neqativ rəydir. Onu müsəlmanların Allaha inanmadıqlarına, düzün ortasında qapqara qutuya tapındıqlarına və gündə beş dəfə yeri öpdüklərinə inandırıblar. Atası onu bir müsəlmanla tanış edəcəyini söyləyəndə «inancsız, quldur, terrorçu» biriylə görüşmək fikri ona heç də xoş gəlmir. Lakin o andaca «Onu xristian etməliyəm», - deyə düşünür. Və bu fikir onu bir müsəlmanla tanış olmağa həvəsləndirən ən önəmli faktor olur. Bu fikirdən sonra o adamla görüşməyə razılaşır.
Böyük görüş
Atasının Misirdən olan müsəlman dostu ilə görüşə gedən Yusuf Estes hadisələri belə xatırlayır: “Onunla bazar günü kilsə ayinindən sonra görüşəcəkdim. Onu xristian etməklə içimdə böyük mənəvi güc qazanacaqdım. Boynumda par-par yanan xaçım, üstündə «İsa Rəbbdir» yazılan papağımı başıma qoyaraq, xanımım və iki qızımla görüşə getdim. Görüşəcəyimiz yerə getdikdə atamdan iş ortağının harda olduğunu soruşdum. Atam “Oradadı, görmürsən?”, - dedi. Bu, müsəlman ola bilməzdi! Mümkün deyil! Çünki mən qarşımda qara əbaya sarılmış, başında yaylığı, uzun, kirli saqqalı olan və paltarının altında bomba saxlayan kobud bir adam görəcəyimi düşünürdüm. Mənim terrorçu xəyal etdiyim adam saqqalsız, çox gülərüz və mehriban biri idi”.
Necə müsəlman oldu?
İslamı qəbul etməsi bir müsəlmanı xristian etməyə çalışarkən baş verdi. Yusuf Estes bu prosesi uzun və gərgin bir dövr kimi dəyərləndirir. Ona ən çox təsir edən müsəlmanların İncilə və Həzrəti İsaya inanması idi. Müsəlmanlara görə, İsa Allahın sadiq elçisi, peyğəmbəridir, atasız və möcüzə ilə doğulub, Məsihdir, indi Allahın hüzurundadır, qiyamət yaxınlaşdığında Yerə qayıdacaq və inanclıların yanında kafirlərə qarşı dayanacaq. Bunu öyrəndiyində keşiş sanki şoka düşür.
Sonralar Yusuf Estes etiraf edir ki, xristian etməyə çalışdığı şəxs onun rahib dostunun və bütün ailəsinin müsəlman olmasına səbəb olub. Rahib dostunun İslamı qəbul etdiyini və xanımının da bu istəkdə olduğunu görən keşiş buna sərt reaksiya versə də, nəticədə İslamı qəbul etməyə qərar verir. Ondan bir neçə ay sonra atası, övladları və ögey anası da müsəlman olur. Övladlarını getdikləri xristian məktəbindən çıxarıb müsəlman məktəbinə yazdırır, onlara İslamın qaydalarını və Qurani-Kərimi öyrədir.
“Məqsədimiz İslamın çağırışını dünyaya çatdırmaqdır”
Müsəlman olduqdan sonra kilsənin və bir çox insanın təzyiqi ilə üzləşən Yusuf Estes eyni zamanda çoxlu sayda sualla qarşılaşıb: xristianlıqdan İslama niyə və necə keçdi, necə olur ki, hər gün İslam və müsəlmanlarla bağlı bir çox mənfi hadisələrə baxmayaraq, bir rahib müsəlman ola bilir, necə ola bilər ki, dindar xristian ailədə böyümüş bir keşiş Həzrəti İsadan imtina edir?
Xristian olduğu zaman bir nəfəri belə müsəlman edə bilməyən Yusuf Estes İslamı qəbul etdikdən sonra yüzlərlə xristianın müsəlman olmasına səbəb oldu. Bundan sonra müsəlman kimi Vaşinqtonda həbsxanada müsəlman vaizliyində uzun müddət çalışaraq oradan təqaüdə çıxır. Bir çox amerikalı müsəlmanla əlaqələr yaradan Yusuf Estes müsəlman tələbələr və gənclər arasında təşkilatlanma işləri aparır, müxtəlif tədbirlər keçirir. O, İslamın təkcə ABŞ-da deyil, bütün dünyada yayılması və ona qarşı formalaşan mənfi rəylərin aradan qaldırılması üçün çalışır. Fəaliyyətlərini davamlı olaraq kimsəsizlər evində, hərbi hissələrdə, universitet və həbsxanalarda aparırlar: «Hədəfimiz İslamın çağırışını insanlara çatdırmaq və İslam haqqında maarifləndirmə işi aparmaq, müsəlmanların həqiqətdə necə insan olduqlarını hamıya anlatmaqdır. İslam bu gün xristianlıqla birgə dünyada çox geniş yayılıb. Lakin qonşu dinlər olmasına baxmayaraq, görürük ki, İslama mənsub olduğunu iddia edən insanlar arasında dinc yaşama, Allaha itaət və təslimçiliyi tam anlamayan və hərəkətlərində də İslamı təmsil edə bilməyən müsəlmanlar var».
İlahiyyat elmləri doktoru Haşim Jeansen
Keçmiş alman keşişi müsəlman olmağının tarixçəsini qürurla danışır. 19 yaşında İslamı qəbul edən 36 yaşlı Haşim Jeansen Almaniyada Nəqşibəndi dərgahında imamdır. Teoloji dərsləri (fəlsəfə, fiqh, təsəvvüf) tədris edir.
Haşim Jeansen Almaniyanın Leiden Universitetində Allahın varlığı mövzusunda 7 il teologiya sahəsində araşdırmalar apararaq doktorluq işi müdafiə edib, 5 il Suriyada Ebunnur Universitetində din mövzusunda apardığı araşdırmalar nəticəsində fiqh sahəsində də doktorluq dissertasiyası müdafiə edir.
“Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!” (əl-Maidə, 69)
Almaniyada keşiş köməkçisi işləyən zaman İslamı qəbul edən Haşim bütün həyatını dəyişən bu mühüm hadisəni belə anladır: «Bacım bir türklə ailə qurdu və müsəlman oldu. Ona İslamın doğru olmadığını başa salsam da, məni dinləmədi. Kitab dükanına getdim və alman dilində bir Qurani-Kərim aldım. Quranı oxuyub onun səhvlərini bacıma göstərmək istəyirdim. Üç səhifə oxuduqdan sonra Quranı sevdim. Sonra davam etdim oxumağa. Bununla yanaşı, İslamla bağlı biliklərimi artırmağa başladım».
İslam haqqında biliklərini genişləndirdikcə Haşimin fikirləri qarışır, ikiləşir. Xristian kimi qalmalı, yoxsa İslamı qəbul etməlidir? Beynində çoxlu sual yaranır və bir müddət sonra keşişin yanına gedərək ondan kömək istəyir. O da «Mən bilmirəm. Amma Tanrı sənə nəyi seçəcəyini deyəcək. Dua et, o, mütləq sənə cavab verəcək», - deyir. Haşim evə gedir və düşünür. Keşiş haqlı idi. Allah böyükdür, hər yerdədir, hər kəsə cavab verə bilər. Dizi üstə çökür və yalvarır: «Bilirəm, sən varsan, sənə inanıram, böyüksən, hər şeyi bilirsən, dünyada heç kəs səndən çox bilə bilməz, mənə yol göstər, mən nə edim?» Həyəcandan ağlaya-ağlaya Qurani-Kərimi bağrına basır. Daha sonra müqəddəs kitabdan təsadüfi yer açır və qarşılaşdığı Maidə surəsini oxuyur: «Bu, mənim üçün bir siqnal idi və mən müsəlman olmaq qərarına gəldim».
Şəhadət gətirdikdən bir il sonra Həccə gedir və orada tanış olduğu insanlarla birlikdə Suriyada islami təhsillə bağlı layihələrdə iştirak edir. Əvvəlcə sələfilik yolunu tutsa da, sonradan təriqətə keçərək nəqşibəndilərlə birgə fəaliyyətini davam etdirir. Bu fəaliyyət çərçivəsində ən böyük şüarı isə ənənəvi deyil, həqiqi İslamın təbliğ olunmasıdır.
Danışılan həyat tarixçələrindən də göründüyü kimi, digər dinlərə mənsub insanların, xüsusilə də keşişlərin İslamı qəbul etməsi nə təsadüf, nə də tendensiyadır. İslamı din olaraq elmi cəhətdən mənimsəmək, onun ehkamlarını qəbul etmək, bu müqəddəs dinin həqiqi niyyətini və çağırışını olduğu kimi bütün bəşəriyyətə çatdırmaq bu insanların həyat fəlsəfəsinin əsas qayəsinə çevrilib. Çox təəssüf ki, İslam dini, onun mahiyyəti, bəşəriyyətə verdiyi töhfələr bu gün də mübahisə doğurmaqdadır.
İslam və onun problemləri başqa bir araşdırmanın mövzusudur, hər birimizi hər an düşündürəcək məsələlər isə kifayət qədər çoxdur.
P.S. 2011-ci il üçün İslam mədəniyyətinin paytaxtlarının siyahısı təsdiq olunub - Mavritaniyanın paytaxtı Naukşot, Əlcəzairin paytaxtı Tlemcen, İndoneziyanın paytaxtı Cakarta, Qvineyanın paytaxtı Konakri. Ani olaraq bu ölkələri, onların iqtisadi-sosial inkişafını, həyat səviyyəsini və problemlərini düşünək. Paralel olaraq fərz edək ki, 2011-ci il Xristian mədəniyyətinin paytaxtları təsdiq olunub: İtaliyanın paytaxtı Roma, Almaniyanın paytaxtı Berlin, Böyük Britaniyanın paytaxtı London və Fransanın paytaxtı Paris. Bu ölkələri müqayisə edərkən qarşılaşdığımız mənzərə, gəldiyimiz nəticələr böyük təəssüf hissi doğurur.
Yanlışlıq harada və nədədir? Məncə, bu sual üzərində düşünməyə dəyər…
Yaqut Əliyeva
[email protected]

1802