Tramp Zelenskiye nə vəd edib?
29 sentyabr 2024 15:05 (UTC +04:00)

Tramp Zelenskiye nə vəd edib?

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı dəstəkləyəcək. 

Lent.az-ın xəbərinə görə, p, prezident Vladimir Zelenskiyə belə vəd verib.

"Seçkilərdən sonra nə olacağını və kimin prezident olacağını bilmirəm... Amma mən Donald Trampdan onun bizim tərəfimizdə olacağı, Ukraynanı dəstəkləyəcəyi barədə çox birbaşa məlumat aldım", - Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib. 

Zelenskinin sözlərinə görə, Nyu-Yorkdakı görüşü zamanı Tramp həqiqətən də “Qələbə planı”nın təfərrüatlarını birbaşa Ukrayna prezidentinin ağzından eşitməkdə çox maraqlı olub. Tramp Zelenskiyə də bir çox suallar verib - cəbhədəki vəziyyət, lazımi Qərb yardımı, müharibənin səbəbləri haqqında.

Zelenskinin Trampla görüşü

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ukrayna prezidenti ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb. Bu görüşün nəticəsində respublikaçı “çox şey öyrəndiyini” etiraf edib və Ukrayna üçün “ədalətli sülh” axtaracağına söz verib.

Eyni zamanda Tramp əmin olduğunu bildirib ki, Vladimir Putin də sülhə can atır. Almaniyanın “Der Spiegel” jurnalı bu ifadəyə diqqət çəkərək, respublikaçının əslində Rusiya liderinin real niyyətlərini yanlış qiymətləndirdiyini irəli sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

Oxşar yazılar