“Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir”
0
0
Universitetin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Lent.az-a verdiyi məlumata görə, mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərin sağlam həyat tərzinə uyğunlaşması, onların zərərli vərdişlərdən uzaq durması kimi vacib məsələlər müzakirə edilib.
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev universitetdə ənənə halını almış bu kimi tədbirlərin keçirilməsinin müsbət tərəflərindən danışıb. O bildirib ki, tələbələrin sağlam həyat tərzinə uyğunlaşması istiqamətində maariflənmələri üçün bu sahənin mütəxəssisləri ADU-ya dəvət edilirlər, dəyərli təklif və fikirlərini səsləndirirlər.
“Sağlam ailə” Tibb Mərkəzinin hematoloqu və genetiki, tibb elmləri doktoru Rüstəm Rüstəmli sağlam ailənin sağlam cəmiyyət qurulmasında böyük rolunun olduğunu deyib. R. Rüstəmli vurğulayıb ki, sağlam ailə əsasən qızların sağlamlığından başlayır. Gələcək anaların yetkinlik dövrlərinə qədər müayinədən keçməmələrini qüsur kimi xarakterizə edən genetik bunun da sonradan doğulan uşaqlara mənfi təsirindən bəhs edib. Genetik və irsi xəstəlik daşıyıcılarının digər adamlardan heç nə ilə fərqlənmədiklərini deyən R. Rüstəmzadə Azərbaycanda geniş yayılmış talassemiya xəstəliyindən də danışıb. O bildirib ki, hər 100 adamın 10-da talassemiyanın təzahürləri mövcuddur. Çıxışının sonunda R. Rüstəmzadə ailə həyatı quracaq şəxslərin nikahdan əvvəl müayinədən keçmələrini tövsiyə edib.
Regional Psixologiya Mərkəzinin psixoloqu Murad İsayev söyləyib ki, ailə qurmazdan əvvəl tərəflər psixoloji cəhətdən buna hazır olmalıdırlar. Yalnız gözəlliyə, maddi üstünlüyə yox, fizioloji və mənəvi cəhətlərə üstünlük verilməsinin vacibliyini qeyd edən psixoloq yetkinlik yaşına çatmayan qızların ailə həyatını qurmasının fəsadlarından danışıb. Bildirib ki, həmin şəxslər sonradan özlərini cəmiyyətə lazımsız adamlar kimi görürlər. Hər bir insanın müxtəlif çətinliklərlə mübarizə aparıb qalib gəlməsini arzulayan M. İsayev psixoloji problemlərin genetik xəstəliklərdən daha dəhşətli olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Çıxışını narkotikin sağlamlığa vurduğu ziyan üzərində quran Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin narkoloqu Mikayıl Qarayev narkotikin dünyada böyük problemlərdən biri olduğunu qeyd edib. M. Qarayev HİV-ə yoluxanların 63,5%-nin narkotik istifadəçiləri olduğunu da deyib. Sonda o, narkomanlara cinayətkarlar kimi yox, narkoloji xəstə kimi yanaşılmasının vacibliyini bildirib.
QİÇS-lə mübarizə mərkəzinin həkimi Dilşad Mahmudova isə zərərli vərdişlər, xəstəliklər haqqında gənclərin məlumatlandırılmasını müsbət hal kimi xarakterizə edib. O, çıxışında gəncləri ayıq olmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırıb. D. Mahmudova deyib ki, Azərbaycanda hər il QİÇS-ə yoluxanların sayı artır. 1 il ərzində 500 nəfərdə QİÇS virusu aşkarladıqlarını nəzərə çatdıran həkim bunun qarşısının alınması üçün cəmiyyətin səfərbər olmalarının vacibliyini ifadə edib.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin sosioloqu Aynur Rəşidova bildirib ki, mərkəz 2005-ci ildə BMT-nin tütünlə mübarizə üzrə çərçivə konvensiyasına qoşulub. İnsanların zərərli vərdişlərdən uzaq durmaları üçün bütün səylərindən istifadə etdiklərini söyləyən A. Rəşidova bu sahədə maarifləndirmənin əsas vasitələrdən biri olduğunu da əlavə edib.