Zaqatalada 11 mindən çox  evin qazı kəsiləcək
22 aprel 2026 11:00 (UTC +04:00)

Zaqatalada 11 mindən çox evin qazı kəsiləcək

1

Sabah saat 10:00-dan etibarən Zaqatala şəhəri və Car, Zilban, Kebeloba, Aşağı Tala, Yuxarı Tala, Çökək kəndlərində 11 250 əhali və 150 qeyri-əhali abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Lent.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində "Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin üzərində ölçü (balans) qovşağının quraşdırılması ilə əlaqədardır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2084

Oxşar yazılar