Tovuzda azyaşlını elektrik cərəyanı vurub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çatax kəndində qeydə alınıb.
Kənd sakini 6 yaşlı S.Quliyevi yaşadığı evin həyətində oynayarkən elektrik cərəyanı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.