İnterpolun  uzun illər boyunca axtardığı şəxslər: Ən təhlükəlilərinin SİYAHISI
22 aprel 2026 14:01 (UTC +04:00)

İnterpolun uzun illər boyunca axtardığı şəxslər: Ən təhlükəlilərinin SİYAHISI

0

Beynəlxalq cinayət şəbəkəsinin lideri, tacir, güc və milyardların sahibi olanlar da bir gün hərşeyi itirə, canının hayına düşə bilər.  

Lent.az-ın əməkdaşının hazırladığıbu yazıda İnterpol tərəfindən uzun zamandı axtarılan güc sahiblərindən bəhs edəcəyik.

Belə ki, beynəlxalq cinayətkarlıq sərhəd tanımır və bu səbəbdən də onunla mübarizə yalnız bir ölkənin gücü ilə mümkün deyil. Məhz buna görə Interpol kimi beynəlxalq təşkilatlar yaradılıb. İnterpol dünyanın 190-dan çox ölkəsini birləşdirən və cinayətkarların izlənməsi, məlumat mübadiləsi və hüquq-mühafizə əməkdaşlığı sahəsində fəaliyyət göstərən əsas qurumlardan biridir.

Əvvəlcə İnterpolun uzun illərdi axtarılan şəxslər barəsində danışaq

Dawood İbrahim

Dawood İbrahim Hindistanın ən məşhur və həryerdə axtarılan cinayətkarlarından biridir. O, “D-Company” adlı beynəlxalq cinayət şəbəkəsinin lideri hesab olunur. 1993-cü ildə Mumbayda baş verən silsilə partlayışların təşkilində ittiham olunur. Eyni zamanda  Narkotik qaçaqmalçılığı, silah ticarəti və pul yuma kimi fəaliyyətlərlə əlaqələndirilir. İbrahim ABŞ və Hindistan tərəfindən terrorçu kimi tanınıb. Uzun illərdir Pakistan ərazisində gizləndiyi iddia olunur, lakin bununla əlaqədar rəsmi təsdiq yoxdur. Qeyd edək ki, İbrahim həm kriminal, həm də terror şəbəkələri arasında körpü rolunu oynayan fiqur sayılır.

Ayman al-Zavahiri

Ayman al-Zavahiri uzun müddət “Əl-Qaeda” terror təşkilatının lideri olub və Osama bin Ladenin ən yaxın tərəfdaşlarından biri idi. Təsəvvür edin ki, bu insan əslində ixtisasca həkim, daha dəqiq desək, cərrah olub. 11 sentyabr hücumlarının ideoloqlarından biri sayılır. O, Bin Laden öldürüldükdən sonra təşkilatın rəhbəri olub. 2022-ci ildə ABŞ tərəfindən həyata keçirilən əməliyyat zamanı öldürülüb. Məlumata görə, o, radikal ideologiyanın qlobal yayılmasında mühüm rol oynayıb.

Felicien Kabuga

Felicien Kabuga Ruanda soyqırımı ilə əlaqələndirilən ən mühüm şəxslərdən biri olub. 1994-cü il Ruanda soyqırımı zamanı maliyyə dəstəyi verməkdə ittiham olunub. Kabuga nifrət yayımında,terrorçulara yardım üçün istifadə edilən radio stansiyasını maliyyələşdirdiyi iddia olunur. 20 ildən çox gizlənib, 2020-ci ildə Fransada tutulub. Onun tutulması İnterpol və beynəlxalq hüquq üçün böyük uğur sayılır.

Matteo Messina Denaro

Matteo Messina Denaro İtaliyanın məşhur mafiya təşkilatı olan Cosa Nostranın liderlərindən biri idi. 1990-cı illərdə bir çox qətl və terror aktlarında ittiham olunub, uzun illər gizlənərək yaşayırdı, 30 ilə yaxın axtarışda olub. 2023-cü ildə tutulub. O, Avropada ən uzun müddət gizlənən mafiya liderlərindən biri hesab olunur.

 

Bu şəxslərin hamısını birləşdirən əsas xüsusiyyət odur ki, beynəlxalq səviyyədə fəaliyyət göstəriblər, böyük şəbəkələrə rəhbərlik ediblər. Uzun müddət ədalətdən yayınmağı bacarıblar.

Bu mövzuları araşdırdıqca otraya maraqlı sual çıxır - İnterpolun “qırmızı bülleten” siyahısı nədir?

İnterpolun ən vacib qərarlarından biri “Red Notice” – yəni qırmızı bülletendir. Bu, beynəlxalq səviyyədə axtarış elanıdır və üzv ölkələrə həmin şəxsin tutulması və ekstradisiyası, təhvil verilməsi üçün çağırış edilir.

Qırmızı bülleten - beynəlxalq həbs qərarı deyil, amma güclü hüquqi siqnaldır, şəxsin təhlükəli və axtarılan olduğunu göstərir, ölkələr arasında koordinasiyanı sürətləndirir. Bu siyahıya adətən terrorçular, narkotik şəbəkə rəhbərləri, maliyyə cinayətkarları və müharibə cinayətkarları daxil edilir.

İnterpolun axtardığı şəxslər adətən təkcə bir ölkə üçün deyil, bütün dünya üçün təhlükə yaradır. Onların fəaliyyət sahələri, beynəlxalq terror şəbəkələri, narkotik qaçaqmalçılığı,  silah ticarəti, insan alveri, kiber cinayətlərdi. Bu şəxslər çox vaxt böyük maliyyə resurslarına və geniş əlaqələrə malik olur. Bu isə onların uzun müddət gizlənməsinə imkan yaradır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar