MTRŞ sədri: “Teleaparıcıların çoxu dilimizi səlis bilmir”
“Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradovanın telekanallarda Azərbaycan dilinin normalarının pozulması ilə bağlı səsləndirdiyi sərt tənqidləri doğru hesab edirik. Azərbaycanın teleradio məkanında ədəbi dilin normalarının qorunması ilə bağlı problemlər var”.
Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, telekanallardakı aparıcıların çoxu Azərbaycan dilini səlis bilmir: “Amma bununla bağlı tədbir görmək üçün həm “Dil haqqında” qanunda, həm də digər qanunvericilik aktlarında hüquqi mexanizm yoxdur. Ədəbi dilin normaları hansı qaydada pozulur, bunu kim müəyyənləşdirir? Bununla bağlı hansı tədbirlər görmək lazımdır? Qanunvericilikdə bunlar yoxdur. Mən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla danışmışam. Biz AMEA Dilçilik İnstitutu ilə birgə monitorinq aparıb bu məsələni araşdıracağıq. Daha sonra bu vəziyyətlə bağlı tədbir görəcəyik. Ola bilsin ki, KİV-ə Dəstək Fondunun yardımı ilə ictimai təşkilatlar və Dilçilik İnstitutu ilə birgə layihə həyata keçirək. Teleradio məkanında Azərbaycan dilinin mövcud vəziyyəti ilə bağlı araşdırma aparılsın və tədbirlər görmək üçün ortada mütəxəssis rəyi olsun”.
Şura sədri deyib ki, Dilçilik İnstitutu telekanallarda monitorinq aparıb xüsusi rəy verdikdən sonra MTRŞ konkret tədbirlər görə bilər: “Həmin televiziya kanallarına bununla bağlı xəbərdarlıq edə, cərimə kəsə, başqa inzibati tədbirlər də görə bilərik”.

735