Ağdamdakı qəzada yaralanan 5 nəfərin  kimliyi məlum oldu - YENİLƏNİB
26 iyul 2025 22:06 (UTC +04:00)

Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

0

Ağdamda baş vermiş qəzada yaralananların kimliyi məlum olub.

Lent.az xəbər verir ki, APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, bunlar Şükürov Yaşar Vəliyəddin oğlu, Quliyev Cəmaləddin Kərəm oğlu, Tağıyev Niyaməddin Tofiq oğlu, Məmmədov Emin İsmət oğlu və Əsgərov Vaqif Nurəddin oğludur.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

19:46

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ağdam-Xankəndi yolunun Ağdam rayon Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində beş nəfər xəsarət alıb.

Yaralılar əraziyə çağırılan təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2666

Oxşar yazılar