Bakıda kişi küçədə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Cavadxan küçəsində baş verib.
Paytaxt sakini 60 yaşlı İmaməli Qüdrət oğlu Rüstəmov obyektlərdən birinin qarşısında qəfil ölüb. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Araşdırma aparılır.