Hitlerin sadiq əsgəri, Azərbaycanda ailə quran alman təyyarəçi qadın – HƏYAT HEKAYƏTİ
İkinci Dünya Müharibəsi elə onu başlayan faşist Almaniyasının ağır məğlubiyyəti və bölünməsi ilə başa çatdı. Müharibə Avropa qitəsinə böyük maddi zərər vurdu və həmin zərərin ağırlığı xüsusilə də iki dövlətin – SSRİ və Almaniyanın üzərinə düşdü. Başlanğıcda almanlar SSRİ torpaqlarını bombardman edib xarabazara çevirsələr də, sonda SSRİ və müttəfiq qoşunları Almaniyada daşı daş üstündə qoymadılar.
Müharibə 1945-ci ildə başa çatdı. Lakin müharibədə iştirak edən alman əsgərləri və zabitləri üçün bu proses nə az, nə çox, düz 10 il davam etdi. Yüz minlərlə alman SSRİ-nin əsir düşərgələrində ya işgəncələrdən, aclıqdan həlak oldu, ya da özlərinin bir vaxtlar Sovet İttifaqın müxtəlif ərazilərində dağıtdıqları ərazilərin bərpasına göndərildilər. Burada da onların bir qismi şəraitsizlikdən, əsirlərlə qeyri-insani rəftar səbəbindən həlak oldu. Bir qismi isə 1955-1956-cı illərdə əsirliyi başa vuraraq öz ölkələrinə və digər Avropa dövlətlərinə üz tutub.
Əsirlər arasında SSRİ-də qalan əsgər və zabitlər, hətta general və marşallar da az olmayıb. Onların bəziləri müharibə dövründə məcburən alman ordusu sıralarına çağırılıblar. Digərləri isə Hitler ideyalarının sadiq əsgərləri olublar. Sadəcə olaraq, Almaniyanın məğlubiyyəti və dünya düzəninin dəyişməsini görərək, talelələrilə barışmağa məcbur qalıblar.
Müharibənin başa çatmasından 66 il ötür. Ötən 66 ildə İkinci Dünya Müharibəsi insanlıq tarixinin ən ağır və dəhşətli savaşı olaraq qalır. Berlində, Hitlerin nasizm ideyalarından doğan bu savaş, elə Berlində yeraltı bunkerdə nasist liderinin ölümü ilə yekunlaşdı. Amma hələ də dünyada elə insanlar var ki, Hitlerin ideyaları onlar üçün əlçatmaz və əsl ideya sayılır. Onlar bir zamanlar Hitlerin uğrunda canlarını fəda edərək döyüşlərə atılmaqdan belə çəkinməyən, amma artıq çənəsi dizinə dəyən insanlardır.
Yazımızın qəhrəmanının da bu yaxınlarda 90 yaşını qeyd etmiş bir qadın alman əsgəridir. Uzun illərdir azərbaycanlılar arasında yaşayan bu qadının milliyətcə alman olmasını, onun Azərbaycana necə gəlib çıxmasını bəlkə də heç qonşuları belə bilmirlər.
Yelena Kehhler. 1956-cı ilə qədər onun soyadı belə olub. Azərbaycana bir hərbi əsir olaraq gəlib. Xaçmaz şəhərində, Sumqayıtda və Mingəçevirdə tikinti işlərində çalışıb. Sonra bir ingiloyla ailə quraraq Azərbaycanda qalıb. Soyadını da dəyişib. Uzun müddət Şəki rayonunda Donuzçuluq sovxozu (indiki Qızılarx kəndi) adlanan sovxozda texnoloq kimi çalışıb. Ən əsası isə odur ki, Azərbaycan dilində, heç bir aksentsiz, bəlkə də bir çox azərbaycanlılardan gözəl danışır.
Yelena Kehler 1920-ci ildə Almaniyanın Avstriya ilə sərhədində yerləşən bir kiçik qəsəbədə anadan olub. Ailədə iki övlad olublar. Böyük oğlan, kiçik qız. Ataları Birinci Dünya Müharibəsində iştirak edib. Zəhərli qaz bombasından xəstəliyə tutularaq 1925-ci ildə dünyasını dəyişib. Bundan sonra anaları ilə birlikdə Berlinə köçüblər. Artıq 1934-cü ildə Yelenanın ailəsi o dövrün siyasət meydanında parlayan Adolf Hitlerin fəal dəstəkçilərindən olub. Qardaşı Hartman hərbi məktəbə daxil olur. Paraşüt istehsal edən fabrikdə çalışan 15 yaşlı Yelena isə özündə havaçılığa qarşı marağın olduğunu hiss edir və o zaman Berlində Hitlerin şəxsi təşəbbüsü ilə yaradılan yarımhərbi həvəskar aviasiya kurslarına yazılır. Öncə paraşütlə tullanmaq üzrə yaşıdlarını və kurs yoldaşlarını qabaqlayan Yelena 1938-ci ildə məktəbin rəhbərliyində təmsil olunan hərbçilərin diqqətini cəlb edir. Artıq bu elə bir dövr idi ki, Hitler dünyanın taleyini dəyişəcək müharibəyə ciddi cəhdlə hazırlaşır, əl altından işlərini görürdü. Beləcə, 1938-ci ilin ortalarında Yelena imtahan verərək hərbi təyyarəçilər məktəbinə qəbul olur. Əvvəlki nailiyyətləri, eləcə də qardaşının uçuşlarda əldə etdiyi uğurlar onun məktəbə qəbulunda mühüm rol oynayır. Yelena hərbi məktəbdə iki il oxuduqdan sonra, 1940-cı ilin sentyabrında ilk dəfə təyyarənin sükanının arxasına keçir: “O vaxt gənc pilotların yanında təcrübəli zabitlər də uçurdular. Lakin bizim kursun rəisi rəhbərliyə raport verərək dedi ki, Yelena Kehler tək uçacaq. Əvvəlcə razılıq verilmədi. Lakin sənədlərimlə tanışlıqdan sonra uçmağıma icazə verdilər. İlk uçuşu da 3 kilometr yüksəklikdə etdim. Bu müstəqil uçuşa görə, mənə orden də verilmişdi”.
Yad torpaqlarda
Müharibənin ilk günlərində havada və qurudakı üstünlüyü hesabına alman ordusu SSRİ-nin mərkəzinə doğru əhəmiyyətli irəliləyişlər edə bilsə də, Leninqrad ətrafında, Ukraynada, Moskva ətrafında gözlənilməz dirənişlə qarşılaşdı. Artıq özünü toparlayan Sovet ordusu düşməni müqavimətlə zəiflətdikdən sonra əks-hücumlarda almanlara ağır zərbələr vurmağa başlamışdı. Almanlar ilk dövrlərdə havada qazandıqları üstünlükləri əldən verməkdəydilər. Çoxlu sayda döyüş təyyarəsinin sovet ordusu tərəfindən vurulub salınması bu sahədə boşluq yaratmaqdaydı. Belə olan təqdirdə Hitlerin göstərişi ilə Fransada mövqe tutmuş əlahiddə aviasiya alayları da şimal cəbhəsinə dislokasiya olunur. Bu alaylardan birində xidmət edən Yelena da sovet torpaqlarına beləcə qədəm qoyur. Onların alayı Ukraynanın indiki Çerekask bölgəsində yaradılan aerodromda yerləşir.
“Biz bura gələndən bir neçə gün sonra ilk döyüş uçuşlarımızı başladıq. Əslində bu uçuşların hər biri ölüm demək idi. Lakin fürerin əmri vardı. Hamı son nəfəsədək döyüşməli idi. Bizim alay tam olaraq “Messerşmidt”» təyyarələrindən təşkil olunmuşdu və təyyarələrimizin burun hissəsinə bəbir şəkli həkk edilmişdi. Alayımızda əvvəllər yüzlərlə döyüş uçuşu keçirən as pilotlarla yanaşı mənim kimi döyüş görməyənlər də xeyli sayda idi. Lakin ilk döyüşdən sonra hər şey dəyişdi. Sonrakı bir həftə ərzində 40-dan çox döyüş uçuşu keçirmişdik”.
1943-cü ildə hava döyüşlərində göstərdiyi şücaətlərə görə Yelena Alman Hava Ordusu komandanı tərəfindən ordenlə təltif olunub. Bu dövrdə onun döyüş uçuşlarının sayı 700-dən çox olub. Həmin ərəfəyə qədər nə qədər sovet təyyarəsini vurması barədə danışmaq istəməyən qadın pilot deyir ki, bu dövrdə iki dəfə yüngül yaralanıb. Bir dəfə təyyarəsini partlamağa az qalmış yerə endirməyə nail olub. 1943-cü ilin iyun ayında qardaşı Hartman döyüş uçuşu keçirərkən Qroznı yaxınlığında vurularaq əsir götürülüb: “Əslində hər iki tərəf bu döyüşlərdə canını qoyurdu. Havada ləngimə ölümə bərabər idi. Hər dəfə uçuşa qalxanda bir birimizlə sağollaşırdıq. Çünki kimlərsə geri dönməyəcəkdi. Bunu hamımız bilirdik”.
İlk əsirlik
1943-cü ilin noyabr ayında 321-ci aviasiya alayı Sovet ordusunun arxadakı ehtiyat qüvvələrinin yolunu kəsmək və əks hücuma dəstək vermək üçün havaya qalxıb. Lakin əməliyyat bölgəsinə çatdıqda onlar sovet aviasiyasının əks hücumu və zenit toplarının atəşi ilə qarşılaşıb. Döyüşdə almanlar ağır itkilər verib. Alayın təyyarələrinin demək olar ki, yarıdan çoxu məhv edilib. Sovet aviasiyasının da bu hava döyüşündə itkisi az olmayıb. Yelena təkbaşına döyüşdə 2 ədəd “La” və 1 ədəd “YaK” təyyarəsini salsa da, sonda təyyarəsi alova qərq olur: “Bu zaman həyatın nə qədər şirin olduğunu hiss etdim. Təyyarə partlamaq anında idi. Birtəhər yerə endirdim. Endiyim yer bataqlıq idi. Güc-bəla ilə kabinədən çıxdım. Qolumu qəlpə yüngülcə sıyırmışdı. Bataqlıqdan bir gün yarıma çıxa bilsəm də patrullar məni tutdular. İki gün sovet patrullarının sorğu sualları oldu. Məndən başqa iki pilot da vardı. Bizi danışdırmaqdan ötrü hər cür işgəncələr verirdilər. Hətta pilotlarımızdan birini də güllələdilər. Açığını deyim ki, biz yaşamaq istəyirdik. Və sualları da cavablandırmalı olduq”.
Patrul bölüyündə qaldıqları müddətdə sovet əsgərləri tərəfindən onlara çoxsaylı işgəncələr verilib: “Acından ölürdüm. Yemək verdilər. Bulaşıq sudan fərqlənmirdi. Dedilər: “Bağışlayın frau. Yeməyə bir şeyimiz yoxdur. Dünən bombardmanda bir atımız ölüb deyə, bu gün yemək tapmışıq”.
Yenə döyüş
İki gün əsirlikdə qaldıqdan sonra Yelena Kehler və daha 8 alman əsirini yaxınlıqdakı stansiyaya gətirərək qatarda silahlı əsgərlərin nəzarəti altında şərqə yola salıblar. Lakin bir neçə kilometr getdikdən sonra əsirləri daşıyan qatarı alman təyyarələri atəşə tutub. Dəmir yolu dağılır, qatar yoldan çıxır. Bu dəfə Yelena və sonralar Almaniyanın tanınmış pilotlarından olan Erix Hartman qaçmağa nail olur. Bir həftədən çox meşədə, qarda yol gedən pilotları alman əsgərləri don vurmuş vəziyyətində tapır. Bir ay Avstriyada hərbi hospitalda müalicə alandan sonra Yelena yenidən döyüşə qayıdıb. Deyir ki, o, təkrar döyüşə qayıtdıqda onun “Bəbir” aviasiya alayından əsər-əlamət qalmamışdı. Alay hər saat irəliləyən sovet ordusunun aviasiyası və zenitçiləri tərəfindən dağıdılmış, salamat qalmış pilotlar başqa aviasiya hissələrinin tərkibinə verilmişdi.
Təkrar döyüşə dönən Yelena bundan sonra cəmi 6 döyüş uçuşunu həyata keçirə bilib. Bir döyüşdə təkrar vurulan Yelena paraşütlə tullansa da əsir götürülüb. Qaçmağa cəhdləri nəticə verməyib və onları əvvəlcə Urala, buradan isə haqqında hərbi məktəbdə olarkən eşitdiyi – sovet texnikalarını benzinlə təmin edən Azərbaycana gətiriblər.
Azərbaycanda əsir, yoxsa
Yelenanın sözlərinə görə, onlar bir müddət Xaçmaz rayonunda və Mingəçevir su elektrik stansiyasının inşaatı işlərində çalışıblar. Uralda olduqları dövrdə yerli əhalinin və nəzarətçilərin tez-tez təhqirləri, təzyiqləri ilə üzləşdikləri halda, SSRİ-nin bir guşəsi olan Azərbaycanda bununla rastlaşmayıblar. Hətta elə olub ki, yerli sakinlər keyfiyyətsiz xörəklə qidalanıb, heydən düşmüş alman əsgərlərinə öz boğazlarından kəsərək çörək gətirib, onlara tibbi yardım göstəriblər: “Biz o vaxt öz aramızda danışırdıq ki, Azərbaycan çox fərqli bir yerdir. Belə insanlara heç bir yerdə rastlaşmamışdıq. Bəzən bizimlə döyüşlərdə əzizlərini itirmiş insanlar təmənnasız olaraq bizə yardım göstərir, can yandırırdılar. Ona görə də mənim kimi xeyli əsir yoldaşımız Azərbaycanda qaldı”.
Keçmiş pilotun sözlərinə görə, Nikita Xruşşov hakimiyyətə gələndən sonra, 1955-ci ildə alman əsirlərə öz ölkələrinə qayıtmalarına şərait yaradılıb. Buna qədər yüzlərlə əsir tikinti işlərində, ağır şəraitli yaşayışdan həlak olmuşdu. Əsirlərin bir qismi geri dönsə də, Mingəçevirdə çalışdığı dövrdə bəyəndiyi bir ingiloyla ailə quran Yelena geri qayıtmaqdan vaz keçib: “Öncə dəqiqləşdirmə apardım. Anam Berlinin bombardmanında həlak olmuşdu. Qardaşım Hartmanın sağ qalıb-qalmadığı barədə heç bir məlumatım yox idi. Mən onun barəsində yalnız 1985-ci ildə xəbər tutdum və onunla Moskvada görüşə bildim. Yaxınlarımı da itirmişdim. Ona görə də kimsəmin olmadığı bir vətənə getməkdən vaz keçdim. Azərbaycan və insanları mənə daha doğma idi. Dili öyrənmişdim və beləcə ailə qurub burada qaldım”.
Keçmiş alman pilotu müharibə dəhşətlərini unutmadığını, üzərindən neçə illər keçməsinə baxmayaraq bəzən gecələr yuxusunda da qanlı döyüşləri yaşadığını söyləyir.
Rəşad Süleymanov

1682