Tovuzda ötən ay qardaşı tərəfindən baltalanan qadın xəstəxanada ölüb.
Ağır xəsarətlər alan 25 yaşlı A.Namazaova Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyun ayının 6-da Tovuz şəhərində baş verib.
Tovuz şəhər sakini ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb. Hadisəni törədən K.Namazov saxlanılıb./APA