Cəhənnəmdə daş atanlar - REPORTAJ
Əgər ekstrim həvəskarısızsa, yerini deyim, gedin siz də görün. Elə güman etməyin ki, uzağa gedəcəksiniz. Yox, yox! Bakıdan cəmi 40 kilometr aralıya. Adına daş karxanası deyilən, sözün həqiqi mənasında zəbanili, inkir-minkirli vadilərdən birinə. Cəhənnəm vadisinə. Burda, bu karxanalarda insan, insaniyyət deyilən bütün məqamlar Allah bilir - əgər hətta Allahın burda əstəğfurullah hökmü keçirsə - harda, neçənci xarabadadır.
***
Bakıdan cəmi 40 kilometr aralıdakı cəhənnəmə gedirik. Bunu sonra biləcəyik. Hələlik bir gün əvvəl sövdələşdiyimiz taksi sürücüsü Əfqanla Qaradağdakı yanacaqdoldurma məntəqəsindəyik. Maşına yanacaq doldurub, «Qaradağ postu»na çatırıq. Polislər «daş lazımdırsa, elə burdan keçən «Kamaz»ları saxlatdırın alın» deyirlər.
Daş almaq istəmədiyimizə isə ikicə sorğu-sualdan sonra əmin olurlar. Amma sağ olsunlar, «qaqaş, sizin bu «Opel» ora gedib çıxmaz» deyə xəbərdarlıq da edirlər. Əfqanın «Opel»i isə postdan bəriki körpünü keçib, dağlara tərəf üz tutur. Palçıqlı, çuxurlu yollarla.
Yanımızdan «Kamaz»lar keçir. Daş dalınca gedirlər. Qarşıda həm də yol deyilən bir məfhum yoxdur! Bunlar hara gedirlər, hara qədər gedəcəklər, deyə dallarınca hərəkət edirik. Amma qarşıda…
Bəlkə bu məqamda arxaya baxaq? Arxadakı tarixdə bu karxanalar və onların apardığı neçə-neçə insan canı var və Allah bilir hələ bundan sonra da neçə-neçə insan da çörəyini bu daşlardan çıxararkən elə daşlaşıb gedəcəklər o dünyaya.
Zaman: 8 fevral 2010-cu il
Bir gün əvvəl dəhşətli qar yağıb. Səhər tezdən xəbər portalları yazır: “Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, səhər saatlarında daş karxanası ərazisindəki düzənlikdə iki meyit aşkar edilib. Onlar Balakən rayon sakinləri, 35 yaşlı Hüseyn Əhmədilov və 40 yaşlı Şəhmir Hudulovdur.
Zaman: 9 fevral 2011-ci il
“Qaradağ rayonunda dəhşətli hadisə baş verib. Rayon Prokurorluğunun məlumatına görə, hadisə daş karxanasında qeydə alınıb. 41 yaşlı Zaqatala rayon sakini Şamil Qurbanov daşkəsən texnikanın fırlanan “kardan”ın arasına düşüb. Ətrafda olan işçilər onu xilas etmək istəsələr də, bu mümkün olmayıb. Texnikanın arasında Şamil Qurbanovun bədəni tikə-tikə olub”.
Zaman: 11 fevral, yenə bu il
“Fevralın 12-də Qaradağ rayonunda bədbəxt hadisə baş verib. Lent.az-a verilən məlumata görə, Qızıldaş qəsəbəsindəki daş karxanasının işçisi, Cəlilabad rayon sakini, 1955-ci il təvəllüdlü Nadir Mirzəyev daş kəsən kombaynın altına düşüb. 56 yaşlı kişinin bədəni hadisə nəticəsində bir neçə hissəyə bölünüb”.
(Biz ora gedəndə təbii ki qar yağmamışdı. Və orda, Qaradağın bu cəhənnəm vadisində olduğumuz 2 saat ərzində, şükür Allaha, heç kimi də maşın kəsmədi)
«Gözləyin, azarsınız»
Elə hey gedirik… Palçıq və dolanbaclarla ən azı ilk baryeri aşırıq. Təxminən 7-8 kilometr yol gedəndən sonra bir yol ayrıcına çıxırıq. Qarşıda Nəqliyyat Nazirliyinə məxsus bir maşın dayanıb. Ondan azmamaq üçün «karyer yolu»nu soruşuruq. İşarə edib yönləndirir. Və hətta onu da qayğılı şəkildə deyir ki, «gözləyin «Kamaz»lardan hansısa gəlsin gedin, yoxsa azarsınız»!
Hmmm, bircə bu azmaq qalıbmış.
Məsləhətə qulaq asmaq məcburiyyətindəyik. Nəhayət, «Kamaz» gəlir. Onun arxasınca düşüb «şütüyürük». Təxminən 3-4 kilometr yol gedər-getməz qarşımıza «qarnı yortulmuş» bir dağ çıxır.
- Bax, bu dağları beləcə dağıdıb, kəsib-doğrayırlar. Sonra keçirlər o birinə. Qurtaran deyil ki... - deyə Əfqan dillənir.
Elə yol da bizi o ortası yarılmış dağa tərəf aparır. Daha doğrusu, yol ordan keçir. Dağın ortasından keçib, böyük bir sahəyə çıxırıq.
- Bu da sənin karyerin! - Əfqan dillənir.
- Görəsən buranın adı var?
Əfqan çiyinlərini çəkir. Maşından düşürük. Çox bərk külək əsir. Ətraf toz-dumanın içindədir. 20-25 metr aralını güclə sezmək olur. İlk gördüyümüz də iri lay qaya parçalarını ağzına alıb aparan, hansı markalı texnika olduğunu aydınlaşdıra bilmədiyim buldozerə oxşar bir maşındır. Bu texnikanın nəinki gurultusu, hətta görünüşü belə adamda vahimə yaradır. Bir qədər aralıda isə başqa bir texnika səthin üzərində xətt çəkir. Onun böyründə iri dişləri olan bir kombayn hərəkət edir. Kombayn hərəkət etdikcə onun dişləri arasından «kubik»lər tökülür. Kombayndan bir neçə metr aralıda isə 4-5 fəhlə az qala həmin «diş»lərin altından «kubik»ləri sıralama bir-birinə ötürə-ötürə «Kamaz»a yığırlar. Əllərində əlcək belə yoxdur. Nəinki üst-baş, sir-sift belə toz içindədir. Adama elə gəlir ki, bu fəhlələr qardaşdırlar. Hamısı bir-birinə bənzəyir; toz basmış qara, cod sifətli, miskin bir görkəmdə.
Yaxınlaşıb salamlaşıram.
- İşiniz avand olsun. Bir az söhbət edə bilərik?
Təəccüblə mənə zillənirlər. Yəni nə söhbət, nə filan…
- Daş lazımdırsa, müdiri görün.
Gəlişimin məqsədini deyirəm. Bu dəfə, ümumiyyətlə, məni «iqnor» edirb işlərinə davam edirlər.
- Yaxşı... müdir harda oturur?
50 metr aralıdakı dəmir vaqonu göstərirlər.
- Amma indi orda yoxdur.
- Bəs onu əvəzləyən kimsə var?
- O da yoxdur. Sizə nə lazımdı axı? Müdir bilsə ki, icazəsiz bura gəlmisiz, sizin üçün də yaxşı olmaz, bizim üçün də.
- Bura hərbi obyektdir ki?
- Qardaşoğlu, olmaz da, danışmaq icazəmiz yoxdu - yaşlı birsi dillənir.
Bu vaxt kombayn işlədən yaxınlaşır.
- Nə məsələdir, nə olub. Qırımından başa düşürəm ki, fəhlələr kimi əsəbi deyil.
- Heç nə, deyir müxbirəm.
Yenə yaşlı fəhlə dillənir.
- Müxbirdi də, adamyeyən-zad deyil ki? İndi bir azdan «obed» olacaq. Onda nə lazımdı söhbətləşərik. İndi işə mane olma «Kamaz» yubanmasın.
Razılaşıram. «Opel»imizə oturub qızınıram. Təxminən bir saatdan sonra karyerdəki texnikanın səsi kəsilir. Demək, nahar fasiləsidir.
Rəngi bilinməyən qab-qacaq, aylarla yuyulmayan yorğan-döşək
…Onlar üçün də dəmir vaqon ayrılıb. Bu dəmir vaqonda nahar edir, gecələyirlər. Qışda da, yayda da. Beş-altı nəfərin yerləşdiyi bu vaqonda çirk əlindən əlini hara qoyasan bilinmir, buralara illərdir süpürgə dəyməyib bəlkə. Fəhlələrin yatdığı yataqlar isə qara kirin içində.
Stəkanlara, qab-qacağa axırıncı dəfə nə vaxt su dəyib, bilinmir. Təbiətin bəlkə də ən unikal rəngindəydi bu qablar. Mənə də bir stəkan çay süzürlər. Əfqan stəkanın əcaib rənginə baxıb bəhanə gətirir:
- Siz nuş edin, mən maşına baxım. Nəsə gələndə «pereboylayırdı»…
- Bilirsən, qardaş, bizi bura heç kim zorla gətirməyib ki? Hələ sağ olsunlar, evimizə çörəkpulu aparmağa şərait yaradıblar. Ağırdı, amma neyləyək? Əllərimizin qabarı ilə birtəhər dolanırıq - deyə bayaqkı yaşlı fəhlə əllərini göstərir.
Ovucun içini qabar bağlayıb. Elə bir ürəyimi oxuyur.
- Getmir e, qardaş oğlu. Gərək bir gün bir paçka paraşokla islağa qoyum ki getsin - deyə gülür.
Söhbətimiz yavaş-yavaş qızışır.
Məlum olur ki, burda hərənin, necə deyərlər, öz işi var. İlk baxışdan hər şey sadə görünür. Şırımaçan sahəni cızır, kombayn həmin cızla hərəkət edib daş kəsir, fəhlələr də həmin daşı maşınlara yükləyirlər. Amma ilk baxışdan sadə görünür.
Məsələn, kombayn işlədən deyir ki, bir də görürsən maşının dişi sındı. O dəqiqə iş dayanır. Ya sınıq kərpiclər qalır maşının altında. Saxlayıb onu təmizləyirsən. Deməyim odu ki, elə işin davamlı rəvan getmir ki.
Kombaynçıdan nə qədər qazandığını soruşuram.
- İndi saat ikidir. Gecə saat ikidən sahədəyəm. Bir sutka işləyib, bir sutka dincəlirik. Çıxacaq da hardasa 15 manat. Eləcə də o biri kombaynçılar.
Məlum olur ki burda konkret əməkhaqqı-filan məsələsi yoxdu. Əmək müqaviləsindən isə danışmağa dəyməz.
Bu məqama diqqət
Buranın xüsusi və qeyri-rəsmi «tarifləri» var. Məsələn, kombaynçı kəsdiyi hər daşa görə 1 qəpik alır. Şırımaçan isə hər 20 metrə görə 2 qəpik qazanır. Fəhlələr isə 25-30 kiloqramlıq bir daşı maşına 2 qəpiyə yükləyirlər. 25-30 ton yük götürən bir «Kamaz»a 4 nəfər daş vurur. Bir «Kamaz» təxminən 1000 daş götürə bilir. Demək, bir «Kamaz» daşı doldurmaqla fəhlələr 10 manat pul qazana bilirlər. Adama 2 manat 50 qəpik. Bu 2 manat 50 qəpiyi qazanmaq üçünsə hər fəhlə «Kamaz»a 7 tondan çox daş atmalıdır.
- Elə olur, günə 5-6 maşın yükləyə bilirik. Elə olur, ümumiyyətlə, iş olmur. İş olmayanda pul da olmur - fəhlələrdən biri dillənir.
5-6 maşın. Anındaca hesablayıram. Bu, 35-40 ton ağırlıq deməkdir. Və bu, hər gün təkrarlanır. İndi, necə deyərlər, hesabınızı götürün… 40 tona yaxın qaldırılan yükə görə 10-15 manat pul qazanırsan.
Qəfil ağlıma gəldi ki, görüm onlar mənim beynimdə fırlanan bu rəqəmlər barədə düşünüblərmi?
- Hə, düz deyirsən, karyer işgəncədir. İş yeri deyil-yaşlı fəhlə dillənir.
Ən cavanları isə:
- Amma mənə ləzzət edir.
- Nəyi?
- İnandı e,- cavan fəhlə gülür.
«Min dənə daş kəsməliym ki, 10 manat qazanım»
Bu yerdə kombaynçı söhbətə qoşulur.
- Düzdü, mən sən deyən yük qaldırmıram. Amma hesabını götür, 1000 dənə daş kəsməliyəm ki, onca manat qazanım. O da ki it zülmü. Mişar sınır, kubik sınır. Maşın qızır. Nə bilim, min hoqqası var. Düz on iki saatdı işləyirəm, Həzrət Abbas haqqı, 15 manatlıq daş çıxartmamışam.
Kombaynçıya bir qədər əvvəl dalbadal baş verən faciəni xatırladıram.
- İraq olsun, o «Çənlibel»də olub.
- Bəs necə olur ki, adam maşının altına düşür?
- Olur, tez-tez olur. Ola bilsin yorğun ola, yuxulaya ayağı sürüşə. Ya da ki ətəyi ilişir çarxa çəkib aparır mişarın ağzına tikə-tikə edir. Elə də olur ki, içir yıxılır. Nə bilim, Allah göstərməsin.
Fəhlələr həm də onu deyirlər ki, bəzən bura həftəlik gəlirlər. Bir həftə işləyib qayıdırlar.
- Mən Sabirabaddanam beşinci gün gedəcəm. 100 manat pul apara bilsəm, sevinərəm. Evdə xəstəmiz var. Pul da yəqin dava-dərmana gedəcək.
Bu vaxt vaqona bir «Kamaz» sürücüsü girir. Hamıyla salamlaşıb fəhlələri tələsdirir.
- Yenə sağ olsun, bunlar da bizə hörmət edirlər.
«Hələ 200 il iş var»
Məlum olur ki, «Kamaz» sürücüləri də fəhlələrə bir-iki manat əlavə pul verirmişlər. Elə sürücülərin də durumu sən deyən xoş deyil.
- Karyerin yolu pis gündədi. İki reys işləyirik üçüncü dəfə təmirə dayanırıq. On qazananda beşi maşına gedir. Sürücü ilə söhbətdən məlum olur ki, 10 ton yük götürməyə qadir «Kamaz»a onlar 25-30 ton yük vururlar.
- Başqa əlac da yoxdur, heç olmasa 1000 kubik aparmalıyam ki, nəsə qazanım. Yoxsa 350-400 kubik elə yanacağın pulu eləyir. Nə qaldı ki? Hələ mən postları demirəm.
Fəhlələr yığışıb iş başına tələsirlər. Yaşlı fəhlədən maraq üçün soruşuram:
- Bəs bu dağı da yardılar, yara-yara hara qədər gedəcəksiz?
- Sən nə danışırsan? Bu qurtarandı ki? Allahın verdiyi nemətdir. O gün savadlı bir adam gəlmişdi müdirin yanına. Deyirdi bundan sonra bu qədər karyer var ha, hamısı hələ 200 il işləsə qurtaran deyil.
- Demək, hələ 200 il işiniz var.
- (Gülür) Sağlıq olsun. Amma yemək yemədin. Əgər aclığın olsa, yolun üstündə kafe var. Ora dönün. Bizim şoferlər orda yeyirlər.
Sağollaşıb ayrılırıq. Əfqandan xahiş edirəm ki, gördüyünüz bu yerdə şəklimi çəksin. Çünki bir qədər əvvələ qədər burda dağ olub. İndi yoxdur. 200 ildən sonra yəqin buralar səhranı xatırladacaq. Boz, daş qırıntıları ilə dolu səhranı. Bəlkə də tale qırıntıları ilə…
…
Cəhənnəmi tərk edib, gəldiyimiz yolla davam edirik.
- 2 qəpiyə kubik atarsan?
- Nə danışırsan, müəllim, - Əfqan heyrətlə üzümə baxır.
- Sən də dyeirsən ki, az verirsən…
- Buna da şükür. İstəyirsən burda bir çay içək. Səhərdən siqaret çəkirəm, boğazım quruyub. Cəhənnəmin düz orasında elə yaşlı fəhlənin dediyi kafeni tapırıq. Üstünə tabaşirlə «Ququ», qırmızı rənglə «24 saat işləyir» yazılıb. Qapını açıb içəri giririk. Zibilliyi xatırladır.
Əfqan dərhal reaksiya verir:
- Getdik!
- Bəs çay?
- Gəl, nə qədər bu xarabadan tez çıxsaq yaxşıdı.
Gəldiyimiz xaraba yollarla geri qayıdırıq. Yol boyu Əfqanın mızıldandığı isə bu olur: «İki köpük e, dədə vay, aton yansın, belə şey olar?»
Görünür, olurmuş…
Səbuhi Məmmədli

2267