“Özümüz şahidik ki, “donuz qripi” var” - MÜSAHİBƏ
Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət İdarəsinin rəisi Viktor Qasımovun Lent.az-a müsahibəsi:
- “Donuz qripi” ilə bağlı Azərbaycanda vəziyyət sabitdir. Virusa yoluxmuş Kürdəmir rayon sakini hazırda müalicəsini davam etdirir. Onun səhhətində müsbət dinamika müşahidə olunur. Onunla təmasda olan vətəndaşların demək olar ki, hamısı müayinə olunub. Eyni zamanda xəstənin yaxınlarından bəzilərindən laborator müayinələr üçün nümunələr də götürülüb. Hazırda xəstənin yaxınlarından və ailə üzvlərindən götürülən nümunələr üzərində müayinələr aparılır və nəticələr bu gün axşam saatlarında hazır olacaq.
- Bu cür xəstəliklərin adətən, məhz büdcə layihəsinin müzakirəsi ərəfəsinə təsadüf etməsi ictimaiyyətdə bəzi söz-söhbətlərə səbəb olub. Necə hesab edirsiniz, müxtəlif cür adlandırılan qriplərlə bağlı beynəlxalq səviyyədə narahatçılığın yaranması təsadüfdürmü?
- Ümumiyyətlə, qrip xəstəliyi ilin bütün fəsillərində, xüsusən fəsil dəyişkənliyi zamanı olur. Payız aylarında isə xəstəlik daha geniş şəkildə yayılır. Bu, əsasən havaların dəyişməsi, təbiətdəki proseslərlə bağlıdır. İl boyu bu virusdan xəstələnənlər olur. Amma mövsümi artım payız-qış aylarına təsadüf edir.
- Bəs, bu virusların heyvanların adları ilə adlandırılması necə? Niyə məhz “quş qripi”, “donuz qripi”, “at qripi”?
- “Quş qripi” virusunu ona görə belə adlandırırlar ki, həmin xəstəlik əvvəlcə quşlarda yaranır, sonra insanlara keçir. Məsələn, “quş qripi” xəstəliyi əsasən, quşlar arasında olan xəstəlik idi. “Donuz qripi”ni isə donuzlardan insana keçir. Amma artıq bu xəstəliyin adı dəyişib, Dünya Səhiyyə Təşkilatı onun adını A/H1N1 virusu kimi rəsmiləşdirib.
- “At qripi” necə?
- Bu virus daha çox Kanadada, uzaq xaricdə müşahidə olunur. Azərbaycanda isə “at qripi” xəstəliyinə heç vaxt rast gəlinməyib. Ona görə də bu virusla bağlı heç nə deyə bilmərəm.
- İctimaiyyət arasında belə söz-söhbətlər var ki, ümumiyyətlə, dünyada heyvanların adları ilə adlandırılan qrip xəstəlikləri yoxdur. Sadəcə, maraqlı dairələr qazanc məqsədli layihələrini gerçəkləşdirmək üçün bu xəstəliyi beynəlxalq səviyyədə uydururlar. Buna misal olaraq, virusların BMT-nin büdcəsinin hazırlandığı dövrə təsadüf etməsi göstərilir. Sizcə, bu məlumatlar nədən qaynaqlanır?
- Biz həkimlər siyasətdən uzaq olan adamlarıq. Bizi maraqlandıran konkret xəstəlik və insanların sağlamlığıdır. İnsan xəstələnirsə, biz onu müalicə etməliyik. Hesab edirik ki, xəstəliyin yayılmaması üçün profilaktik tədbirlər görülməlidir. Hazırda biz özümüz şahidik ki, A/H1N1 qripi var və bununla mübarizə etmək lazımdır. Ona görə də Səhiyyə Nazirliyi lazım olan adekvat addımları atır və bütün digər əlaqəli qurumlarla əlaqəli işləyir.
- “Donuz qripi” xəstəliyinə qarşı hansısa dərman vasitələri varmı?
- Var, “donuz qripi”nə qarşı bir neçə adda preparat dünyada tanınır. Məsələn, “Tamiflu” kimi tanınan “Ozeltamivir” preparatı “donuz qripi”nə qarşı təsirli vasitə sayılır. Bu dərmanın istehsalçısı “Roshe” firmasıdır, əsasən İngiltərədə istehsal olunur. “Relenza” da dünyada kifayət qədər tanınan preparatdır. Hazırda “Ozeltamivir” preparatında Səhiyyə Nazirliyinin ehtiyatında da var.
- Bu dərmanların apteklərdə açıq şəkildə satışına icazə verilir?
- Yox, “donuz qripi”nə qarşı vaksinasiya tədbirləri zamanı bu preparatlar hamıya pulsuz veriləcək.
- Deyilənə görə, “quş qripi” xəstəliyi qəsdən şişirdilir. Məqsəd isə bu dərman vasitələrinin beynəlxalq səviyyədə satışını təşkil etməkdir...
- Mən inanmıram, bunlar hamısı boş söhbətdir. Amma deyə bilərəm ki, bizdə heç bir şişirtmə yoxdur. Neçə xəstə vardısa, onu da aşkar etmişik və indi müalicə davam etdirilir.
- Xəstəliklə bağlı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?
- Lazımi profilaktik tədbirlər davam etdirilir. Bizim işimiz fəal xəstələri aşkarlamaq və onları müalicə etməkdir. Həmçinin, əhalinin bu sahədə maarifləndirilməsi də bizim əsas işimizdir. Biz əhalini məlumatlandırırıq ki, onlar da virusa yoluxmamaq üçün müvafiq profilaktik tədbirləri görsün. Vətəndaşlar gigiyenik qaydalara əməl etməlidir, əllər tez-tez yuyulmalıdır. Xəstəlik olan yerdə olmaq məcburiyyətindədirlərsə, maskadan istifadə etməlidirlər.
- Azərbaycan əhalinin vaksinasiya edilməsinə nə vaxt başlanacaq?
- Bu məsələ gündəmdədir. Ümumdünya Səhiyyə Təşkilatı noyabrın axırında peyvəndlə bağlı Azərbaycana ilk yardımını göstərəcək. Vaksinlər noyabrın ikinci yarasında, yaxud da ayın sonunda Bakıya gətirilməlidir.
Elxan SALAHOV

569