Rəzillik
Aslan İsmayılov, vəkil
Rusların çox gözəl bir ata sözü var: “geyiminə görə qarşıla, ağlına görə yola sal”. Hər bir insanda ilkin təəssüratı gördüyü şeyin xarici görkəmi oyadır. Eyni misal bizim ölkəmizə də aiddir.
Təbii, Bakıya gələn hər bir xarici qonağı hava limanından şəhərədək olan yol valeh edir. Mənim özüm də hər dəfə o yoldan keçəndə bir fəxr, qürur hissi keçirirəm. Əlbəttə, hamı kimi mən də hesab edirəm ki, o yolda görülən işlər və buna xərclənən pullar insan beynində böyük sual işarəsi yaradır. Lakin bu, məsələnin başqa - məni az maraqlandıran tərəfidir. Mənim üçün əsas odur ki, mənim şəhərim günü gündən gözəlləşir və bu istiqamətdə də işlər görülür. Lakin bu zaman bir məqam diqqətdən kənarda qalır: Azərbaycan yalnız Bakıdan ibarət deyil. Və ölkəmizə giriş yalnız Heydər Əliyev hava limanından həyata keçirilmir.
Azərbaycanın Böyük Kəsik və Qırmızı Körpü kimi də sərhəd keçid məntəqələri-giriş qapıları var. Nə qədər Heydər Əliyev hava limanından Bakıya gələrkən qürur hissi keçirirəmsə hər dəfə Böyük Kəsik və ya Qırmızı Körpü sərhəd keçid məntəqələrindən Azərbaycana keçəndə bir o qədər xəcalət hissi keçirirəm. Sərhədçilərin oturduğu dəmir vaqonlar, sərhədi keçmək istəyənlərin arxlardan, çalalardan hoppana-hoppana keçməyi və bu zaman da təpədən dırnağadək palçığa batmağı, həmçinin, məmurların qeyri-insani münasibətləri insanda xəcalət hissi oyadır. Çünki ən azından bir çoxlarının bəyənmədiyi, aclıqdan ölən, heç bir təbii resursu olmayan və bu azmış kimi Rusiya ilə müharibə şəraitində yaşayan Gürcüstana girdiyin andan özünü Avropanın hər hansı ölkəsində imiş kimi hiss edirsən. Həm sərhəd keçid məntəqəsindəki şərait, həm də həmin sərhəd keçid məntəqəsindən başlayan beton örtüklü yollar insanda həsəd hissi yaradır. Söhbət yalnız oradakı abadlıqdan da getmir. Həmin sərhəddə xidmət edən zabitlərdən tutmuş yol polisinədək hər kəsdə bir insani münasibət görürsən. Yəni istədiyin zaman ən azğın, kobud və rüşvətxor məmuru da muma döndərmək olar. İnandırım sizi, çox yaxın keçmişədək bəlkə də gürcü məmur kimi azğını yer üzündə yox idi.
Bəs niyə bu cür şərait Azərbaycanda yoxdu? Niyə Azərbaycana Böyük Kəsik və ya Qırmızı Körpü sərhəd keçid məntəqəsindən gələn hər xarici vətəndaş bura gəldiyi üçün lənət oxumalıdır? Niyə Gürcüstan yollarını Azərbaycandan gələn maşınların təkərlərindəki palçıq çirkləndirməlidir? Azərbaycanın həm pulu, həm imkanları ən gözəl şəraiti yaratmağa qadirdir. Bəs niyə yaradılmır?!
Bu problemi mütəmadi olaraq səlahiyyətli məmurların nəzərinə çatdırıram. Mövzuya yenidən qayıtmağa məni vadar edən səbəb başqadır. Bir müddət əvvəl xarici ölkə vətəndaşı olan iki dostum motosikllə bir günlük Gürcüstana gedib-qayıtmışdılar. Onları dəhşət bürümüşdü. Baş verənlərdə heç bir məntiq tapa bilmirdilər. Mənə söylədikləri tək ifadə də bu oldu: “Azərbaycanı rəzil etmək üçün ən pis bir şey düşünün desələr belə, bu qədər dəhşətlisini düşünə bilməzsən. Bunu yalnız Azərbaycana düşmən olan edə bilər!”

700