Yüksək pensiya almağın yeganə yolu
DSMF “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” proqramı hazırlayıb
Dövlət Sosial Müdafiə Fondu (DSMF) fərdi uçot sistemində sığortaolunanlara dair hesabatların qəbulu prosesinə başlayıb. Artıq pilot rayonlardan məcburi dövlət sosial sığorta haqları üzrə hesabatların da qəbuluna start verilib. İndiyədək 740-a yaxın müəssisədə çalışanların hesabatları toplanaraq sistemə daxil edilib
Lent.az-ın xəbər verir ki, bu barədə DSMF-də keçirilən təqdimat mərasimində məlumat verilib. Fondun sədr müavini Elman Mehdiyev bildirib ki, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş bu məsələ işləyən hər bir vətəndaş üçün çox əhəmiyyətlidir. Onun sözlərinə görə, 2006-cı ildən Azərbaycanda dövlət sosial yardımı və sığorta-pensiya sistemləri bir-birindən tamamilə ayrılıb. Bunun əvəzində əmək pensiyaları sisteminin tətbiqinə başlanıb.
Sədr müavini bildirib ki, yeni sistem vətəndaşların gələcək pensiya təminatının fərdi uçot məlumatları əsasında aparılmasını nəzərdə tutur. Onun sözlərinə görə, bunun üçün normativ hüquqi bazanın yaradılması, zəruri infrastruktur qurulması mərhələsi də artıq başa çatıb. Məhz bunun nəticəsində 1 586 738 nəfərə fərdi şəxsi hesab açılıb və onlara sosial sığorta şəhadətnamələri paylanıb.
Daha sonra fərdi uçotun təşkili şöbəsinin müdiri Şəlalə Cəfərova “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumat –B 3” proqramını tədbir iştirakçılarına təqdim edib. Onun sözlərinə görə, bu proqram təminatı artıq fondun saytında da yerləşdirilib və hər bir işəgötürən həmin proqramdan istifadə edə biləcək.
Şəlalə Cəfərova deyib ki, sınaq müddətində istifadəçilər üçün müfəssəl təlimatlar işlənilmiş, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumat”ın tərtibi qaydaları və “Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısı”nın tərtibi qaydaları hazırlanıb. Həmçinin fondun yerli orqanlarının işçilərinə proqram təminatı əsasında iş təcrübəsinin öyrədilməsi məqsədi ilə təlimlər keçirilib.
Şöbə müdiri vurğulayıb ki, bu təqdimatın əsas məqsədi sığortaedən (işəgötürənlər) və sığortaolunanları (işləyənləri) prosesdə fəal iştiraka cəlb etməkdir. Onun fikrincə, hesabatların hər bir işçi üzrə ödənilən sosial sığorta haqlarına görə tərtibi həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcək: “Bununla hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanı qazanacaq. Üstəlik gələcəkdə etibarlı pensiya təminatı əldə edəcək. Ona görə də hər kəs işlədiyi yerdə sosial sığorta haqlarının düzgün ödənişinə nəzarət, hətta yeri gələndə bunu rəhbərlikdən tələb etməyi bacarmalıdır”.
Elxan SALAHOV

643