Ziyad Səmədzadə: “Əqli mülkiyyət milli sərvət kimi qorunmalıdır”
Millət vəkilinin fikrincə, müəllif hüquqlarının qorunmaması nəticəsində gizli iqtisadiyyat gündən-günə genişlənir
“Əqli mülkiyyətdən gizli istifadə təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Amma mən sevinirəm ki, son illər Azərbaycanda əqli mülkiyyətin qorunması və onun dövlət qeydiyyatına alınması istiqamətində çox ciddi addımlar atılır”.
Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin sədri Ziyad Səmədzadə 28 May - “Respublika günü”nə həsr olunmuş “Əqli mülkiyyət, onun iqtisadi dəyəri və qiymətləndirilməsi qaydaları” mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, son illər Azərbaycanda əqli mülkiyyətin qorunması istiqamətində qəbul edilən qərar və sərəncamlar ölkəmizin qlobal dünyanın tərkibində özünəməxsus yer tutmasına imkan yaradır: “Əgər bizim əqli mülkiyyətimiz qorunmasaydı, bu gün Azərbaycanın Xəzərdəki təbii sərvətləri bu qədər səmərə verməzdi. Təkcə Azərbaycan neftçiləri dünyanın intellektual büdcəsinə çox böyük xeyir veriblər”.
Millət vəkili bildirib ki, Azərbaycan təkcə neft yox, təhsil, mədəniyyət, elm və digər sahələrdə də intellektual mülkiyyətə malikdir. Lakin onların dövlət səviyyəsində idarə edilməsi, qeydiyyata alınması və obyektiv qiymətləndirilməsi və onların milli sərvət kimi iqtisadi inkişafa yönəltmək sahəsində müəyyən problemlər var. Onun sözlərinə görə, Azərbaycanda yeni dövlət qurumu olan Müəllif Hüquqları Agentliyinin yaradılmasında əsas məqsəd bu problemləri aradan qaldırmaqdır.
“Doğrudur, bu, bizim üçün yeni sahədir. Ancaq qloballaşan dünyada insanların əqli mülkiyyəti qorunmalıdır. Hazırkı şəraitdə müəllif hüquqlarının qorunması iqtisadiyyatda ən vacib elementlərdən biri sayılır. Çünki müəllif hüquqlarının qorunmaması nəticəsində gizli iqtisadiyyat gündən-günə genişlənir. Artıq dünya dövlətləri də gizli iqtisadiyyatın qarşısının alınması üçün yollar axtarır” - deyə, Ziyad Səmədzadə qeyd edib.
Milli Məclisin komitə sədri xüsusilə mədəniyyət və ədəbiyyat sahəsində hüquqların qorunmasını vacib sayır. Onun sözlərinə görə, bu sahədə daha böyük nailiyyətlər əldə etmək, Azərbaycanın mədəniyyətini və ədəbiyyatını dünyada tanıtdırmaq üçün yeni əsərlər milli sərvət kimi qorunmalıdır.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 iyun 2025 , 08:17
Məşhur restoranda hamilə qadını ağrı içində işlədiblər-VİDEO
5 iyun 2025 , 00:24
Daha bir həkim əməliyyatdan VİDEO PAYLAŞDI: "Məmələr baş qaldırmış" - YENİLƏNİB
5 iyun 2025 , 00:06
Beş BÜRCƏ xəbərdarlıq: bu gün çətin problemlərlə üzləşə bilərsiniz
5 iyun 2025 , 00:02
Sabah qırmızı səviyyəli maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
4 iyun 2025 , 21:48
Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO
4 iyun 2025 , 20:28
Keçmiş prezident parkda bələdçi işləyir
4 iyun 2025 , 19:20