Bakıda daha bir Türk məscidi bağlanır – EKSKLÜZİV
Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilən “İlahiyyət camesi”nin fəaliyyəti mayın 22-də dayandırılacaq
Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının yerləşdiyi ərazidəki (“Tələbə şəhərciyi”) məscidin fəaliyyəti iki gündən sonra dayandırılacaq.
Bu barədə Lent.az-a məlumat verən mənbə bildirib ki, məscidin imamı mayın 19-da camaat namazında ibadət ocağının bağlanması barədə xəbərdarlıq aldığını bildirib.
Daha çox “İlahiyyət camesi” kimi tanınan məscidin imamı, Türkiyə vətəndaşı İbrahim Memiş Lent.az-a faktı təsdiqləyib: “Məni mayın 19-da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etdilər. Orada bildirildi ki, Bakı Dövlət universitetinin rektoru Abel Məhərrəmov məscidin qanunsuz tikilməsi və fəaliyyət göstərməsi barədə idarəyə şikayət edib. Bildirdilər ki, məscid fəaliyyətini dayandırmalıdır. Biz cümə namazında məscidin bağlanmasını elan etmək üçün mayın 22-dək vaxt istədik. Mayın 22-də cümə namazından sonra məscid fəaliyyətini dayandıracaq. Bu məscid də Şəhidlər Xiyabanının yaxınlığındakı “Şəhidlər” camesi kimi Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilib”.
Məscidin qanunsuz tikilməsi və fəaliyyət göstərməsi barədə imamın öz fikirlərinə gəlincə, İ.Memiş bunları deyib: “Qanunsuz bu boyda tikili ucaltmaqmı olar?”
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva Lent.az-a bildirib ki, sözügedən məscidin sənədləri qaydasında deyil: “Tövsiyə olunub ki, sənədləri qaydasına salınsın. Məscidin bağlanması ilə bağlı heç bir göstəriş verilməyib”.
Türkiyənin Azərbaycandakı səfirliyinin Din müşavirliyindən Lent.az-a verilən açıqlamada məsələdən xəbərdar olduqlarını bildiriblər. Lakin məsələyə şərh verilməyib.
Lent.az məsələyə münasibət öyrənmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə də müraciət edib. Lakin hələlik münasibət öyrənmək mümkün olmayıb. Səfirlik münasibət açıqlayarsa, oxucuların diqqətinə çatdıracağıq.
Pərvin ABBASOV

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33