Respublika Çağırış Komissiyasının tərkibi təsdiqləndi - SİYAHI
Nazirlər Kabineti 2011-ci ilin yanvarın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, komissiyanın tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
R.Məmmədov - Azərbaycan Respublikası hərbi komissarının müavini
Komissiya sədrinin müavini
M.Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın üzvləri:
O.Zalov - daxili işlər nazirinin müavini
A.Vəlibəyov - səhiyyə nazirinin müavini
T.Musayev - ədliyyə nazirinin müavini
A.Dadaşov - AHİK sədrinin müavini (razılaşdırılmışdır)
S.Novruzov - Milli Məclisin deputatı (razılaşdırılmışdır)
Nazirlər Kabineti qərarında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etsin. Eyni zamanda Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsinlər.
Qərarın məxfi və açıqlanmayan bölümündə qeyd olunur ki, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görsünlər.

874