İdman mərc oyunlarında uduşlar gəlir vergisindən azad olacaq
30 dekabr 2010 13:22 (UTC +04:00)

İdman mərc oyunlarında uduşlar gəlir vergisindən azad olacaq

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarın 1.2.5. bölməsinə 7-ci bənd əlavə edilib.

Bu bənd idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətdən (gəlirdən) verginin hesablanması qaydaları ilə bağlıdır.

Qeyd olunur ki, idman mərc oyunlarının həyata keçirilməsi fəaliyyəti üzrə mənfəətin müəyyən olunması çətin sahə sayıldığı üçün bu fəaliyyəti həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının operatorunun) mənfəəti şərti olaraq onun gəlirlərinin (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərinin) 30 faizi miqdarında qəbul edilir.

İdman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) mənfəəti oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərinin məbləği əsasında aşağıdakı şərti üsulla hesablanır:

M2 = G2 x 30% = G2 x 30/100

Burada:

M2 - vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) mənfəəti;

G2 - vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) gəliri (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitləri);

30% - gəlirdən mənfəətin hesablanması üçün qəbul edilmiş faiz.

Mənfəətin Vergi Məcəlləsinin 105-ci maddəsi ilə müəyyən edilmiş 20 faiz dərəcəsi ilə vergiyə cəlb olunması və idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) mənfəətinin onun gəlirlərinin (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərinin həcminin) 30 faizini təşkil etməsi nəzərə alınmaqla, verginin məbləği oyun iştirakçılarından qəbul edilmiş vəsaitin aşağıdakı üsulla müəyyən edilən 6 faizini təşkil edir:

Vm = G2 x 30% x 20% = G2 x 6% = G2 x 6/100

Burada:

Vm - mənfəət vergisinin məbləği;

G2 - vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) gəliri (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitləri);

30% - gəlirdən mənfəətin hesablanması üçün qəbul edilmiş faiz;

20% - mənfəət vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105-ci maddəsi ilə müəyyən edilmiş dərəcəsi;

6% - oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərindən mənfəət vergisinin həcmi.

Məsələn, idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) gəlirlərinin (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərinin) məbləği 120 min manatdır. Bu zaman mənfəət vergisinin məbləği aşağıdakı kimi müəyyən edilir:

Vm = 120000 x 6/100 = 7200 manat

İdman mərc oyunlarının həyata keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) mənfəətinin (gəlirinin) müəyyən olunması çətin sahə sayıldığı üçün onun mənfəəti (gəliri) şərti olaraq ona verilən komisyon haqqın (mükafatın) 20 faizi miqdarında qəbul edilir.

Agentin (mərc oyunları satıcısının) mənfəəti ona verilən komisyon haqqın (mükafatın) məbləği əsasında aşağıdakı şərti üsulla hesablanır:

MGa = H x 20% = H x 20/100

Burada:

H - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqqın (mükafatın) məbləği;

20% - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqdan (mükafatdan) mənfəətin (gəlirin) hesablanması üçün qəbul edilmiş faiz.

Hüquqi şəxslərin mənfəətinin və fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.3-cü və 105-ci maddələrinə əsasən 20 faiz dərəcəsi ilə vergiyə cəlb olunması və agentin (mərc oyunları satıcısının) mənfəətinin (gəlirinin) ona verilən komisyon haqqın (mükafatın) 20 faizini təşkil etməsi nəzərə alınmaqla, mənfəət (gəlir) vergisinin məbləği komisyon haqqın (mükafatın) aşağıdakı üsulla müəyyən olunan 4 faizini təşkil edir:

Vmg = H x 20% x 20% = H x 4% = H x 4/100

Burada:

Vmg - mənfəət (gəlir) vergisinin məbləği;

H - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqqın (mükafatın) məbləği;

20% - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqdan (mükafatdan) mənfəətin (gəlirin) hesablanması üçün qəbul edilmiş faiz;

20% - mənfəət (gəlir) vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.3-cü və 105-ci maddələri ilə müəyyən edilmiş dərəcəsi;

4% - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqqın (mükafatın) məbləğində mənfəət (gəlir) vergisinin həcmi.

Məsələn, agentə (mərc oyunları satıcısına) verilən komisyon haqqın (mükafatın) məbləği 10,0 min manatdır (o cümlədən, satıcının satdığı biletlərdən, operatorla imzalanmış müqavilədə göstərilən şərtlər daxilində alacağı komisyon haqqın məbləği 8,0 min manat, satıcının ödədiyi uduşlu biletlərin ümumi məbləği üzrə alacağı haqqın məbləği 2,0 min manat təşkil edir). Bu zaman agentin (mərc oyunları satıcısının) ödəməli olduğu mənfəət (gəlir) vergisinin məbləği aşağıdakı kimi müəyyən edilir:

Vmg = 10000 x 4/100 = 400 manat

Qeyd edək ki, idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunları Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) fəaliyyəti malların (işlərin, xidmətlərin) təqdim olunması ilə bağlı olmadığı üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitləri və agentə (mərc oyunları satıcısına) ödəniləcək komisyon haqq (mükafat) ƏDV-nin vergitutma obyektini yaratmır.

Vergi Məcəlləsinin 102.1.13-cü maddəsinə əsasən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş lotereyalardan əldə olunan uduşlar gəlir vergisindən azaddır. İdman mərc oyunlarının təşkilinə və keçirilməsinə dövlət nəzarəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirildiyindən, lotereyalardan əldə olunan uduşlar üzrə Vergi Məcəlləsinin 102.1.13-cü maddəsində nəzərdə tutulan azadolma idman mərc oyunlarından əldə edilən uduşlara da şamil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220

Oxşar yazılar