Oğru dünyasının əsilzadələri: cibgirlər – VI yazı
Hörmətli oxucular. Elə bilirəm bu silsilə yazıları diqqətlə oxuyanlar küçə-bazarda demək olar ki, hər gün rastlaşdıqları xoşagəlməz hadisələrdən müəyyən mənada sığortalanmış olurlar. Siz artıq kriminal aləmin elitası sayılan cibgirlərin kimliyi barədə müəyyən təsəvvürə maliksiniz, onların iş başında özlərini necə apardıqlarını bilirsiniz. Cibgirlərin növlərindən etdiyimiz söhbətlər də təsəvvürlərinizin dərinləşməsinə xidmət edirdi...
Nəzəri söhbətlər burda başa çatır və biz də keçirik bu qiyabi məşğələlərimizin ən maraqlı hissəsinə, yəni sizin cibgirlər qarşısında toxunulmazlığınızı böyük mənada təmin edəcək konkret məsləhətlərə. İnanın ki, söylədiklərimə diqqətlə yanaşsanız, bu məsləhətlərə ərinmədən riayət etsəniz küçə-bazarda, nəqliyyatda hər gün cərəyan edən bu “yarışın” qalibi siz olarsınız.
Ciddi sözümdür: küçədə baş verənlərə bir yarış kimi yanaşın. Yumor hissiniz olsun. Qəzəblənib ağlınızı itirməyin. Başa düşün ki, cibgirin işi cib soymaqdır. Siz isə buna şərait yaratmamaq üçün, bu yarışı udmaq üçün ayıq-sayıq olmalısınız.
İctimai nəqliyyatdan müntəzəm istifadə edənlər bu qəbil hadisələrlə daha tez-tez rastlaşırlar. Odur ki məsləhətlərimizin çoxu da məhz onlaradır.
- Bilin ki, nəqliyyat vasitələrində işləyən cibgirlərin aktivləşdiyi zaman səhər 8-dən 10-dək, bir də axşamçağı, saat 5-dən 7-yə kimidir. Yəni xalqın işə tələsdiyi və artıq yoruluruq evə döndüyü saatlar. Məhz bu saatlarda daha diqqətli olmağınız məsləhətdir.
- Nəqliyyat vasitəsinə girib-çıxarkən xüsusilə diqqətli olmalısınız. Unutmayın ki, oğurluq hallarının əksəriyyəti məhz sərnişinlər düşüb-minərkən baş verir.
- “Marşrutniklərin”, yəni nəqliyyatda işləyən cibgirlərin işi yaya nisbətən qışda daha yaxşı gedir. Xüsusilə də küləkli, yağışlı havalarda. Çünki hava pis olanda, insanın əynindəki geyimin çoxluğu, əllərdəki çantalar, çətirlər onların diqqətini yayındırır. Küçədə yağış, qar yağırsa, üşüyürsünüzsə, deməli diqqətiniz dağılacaq, özünüzü tələsik evə çatdırmağa can atacaqsınız. Soyuq havadan isti avtobusa, yaxud metroya girənlər, istər-istəməz yaxa-başlarını açmağa məcbur olurlar. Bu da cibgirlərin işini asanlaşdırır. Bilin ki, yaxası açıq paltonun cibinə qoyduğunuz nə varsa, artıq Sizin deyil!
- Tələsmirsinizsə, basabas, ağzına kimi dolu avtobuslara minməyin. Bir məsələyə də diqqət yetirmək vacibdir: Bir də görürsünüz ki, avtobusun ortası boşdur, amma həm arxa, həm də qabaq qapının ağzında basabas var. Bu basabası, “indi düşürəm” deyərək yerindən tərpənmək istəməyən şüursuz sərnişinlərlə yanaşı, elə cibgirlər də yarada bilər. Odur ki, belə avtobusa minərkən xüsusilə diqqətli olmalısınız və tez bir zamanda adamın seyrək olduğu yerə keçməlisiniz.
- Cibgirlərin ən sevdiyi marşrutlar vağzallara, alış-veriş mərkəzlərinə, bazarlara aparan xətlərdir. Bu da təbiidir. Çünki pul əsasən alış-verişə, səfərə gedən adamların cibində olur. Odur ki, insanların çox cəmləşdiyi ticarət mərkəzləri istiqamətində hərəkət edən avtobuslara minmək məcburiyyətindəsinizsə, ikiqat ehtiyatlı olmalısınız. Özü də oğurluqla qarşılaşmanın ehtimalı baxımından, avtobusun ölçüsü, tutumu, rahatlığı qətiyyən rol oynamır. Düzdür, indi kiçik marşrut avtobuslarında hərəkət zamanı oğurluq etmək çox çətindir. Bir neçə il qabaq, belə avtobuslar ağzına kimi sərnişinlə dolu olanda və yol polisimiz bu kobud qanun pozuntusuna göz yumanda, cibgirlərin kefi kök idi. İndi isə belə marşrutlarda cibgirlərin əksəriyyəti dayanacağı güdür, işlərini, əsasən elə dayanacaqda görürlər. Çünki salondakıların hamısı əyləşərək əşyalarını dizləri üstünə qoyur və belə vəziyyətdə oğurluq etmək qeyri-mümkündür.
- Bizim metrolarda oğurluq halları az qeydə alınır. Çünki camaatın çox olduğu səhər və axşam saatlarında elə basabas olur ki, iş başında olan cibgiri də sıxışdırırlar, əl-qol aça bilmir. Bir də ki, cibgirlər ümumiyyətlə qapalı yerlərdə işləməkdən xoşlanmırlar. Onlar adətən elə məkanlar seçirlər ki, işlərini görən kimi, hadisə yerindən uzaqlaşa bilsinlər. Ona görə də, metroların ən təhlükəli yeri pul dəyişmə kassalarının qarşısıdır. Orda ehtiyatsız adamlar bəzən kassaya bir manat vermək üçün ciblərindəki pul komasıyla çıxarır və özlərini potensial oğurluq qurbanlarının sırasına əlavə edirlər.
- Nəqliyyat vasitəsində gedərkən mobil telefonunuzla oynamayın. Bu, ən çox cavanlara aiddir. Bilirəm, bahalı telefonu ətrafınızdakılara nümayiş etdirib qibtə dolu nəzərlərdən məxsusi zövq alırsınız. Amma bir düşünün: Kreditinin heç birinci ayını verməyə macal tapmadığınız telefonu cibinizdən çəksələr nə hala düşərsiniz? Mən fikir vermişəm ki, avtobusa minən kimi telefonunu çıxaran cavanların doxsan faizi bunu yalnız göstərmək üçün eləyir, yalandan köhnə mesajları səhifələyir, yalandan nömrə yığır...
- Cibinizdəki pulları bir yerdə saxlamayın. Əgər imkanınız varsa, iki pulqabı gəzdirin. Birinə xırda pulları qoyun, digərinə iri. Küçə-bazarda heç vaxt pulunuzu topasıyla çıxarmayın.
- Qiymətli şeylərinizi və pullarınızı paltonun, pencəyin, gödəkçənin çöl cibinə qoymaq kimi ziyanlı adəti bilmərrə unutmalısınız. Çoxları elə güman edir ki, əynindəki şalvar nə qədər dar olsa, cibgirin işi çətinləşər. Çünki bəzi cavanlar, istər qız olsun, istər oğlan, çiynini çəkib möhkəm dartınmasa öz cibinə girə bilmir. Amma mən sizi inandırım ki, bu tamamilə yanlış bir təsəvvürdür. Əvvəla, əyindəki dar şalvar budlardakı sinir uclarını daim sürtüb qıcıqlandıraraq onları korşaldır, keyidir və insan artıq kənar toxunuşu da duya bilmir. İkincisi də özünüzün öz cibinizə çətinliklə girə bildiyinizə baxmayın, siz cibgir deyilsiniz ki... Cibgir barmaqları, cibgir əli tamam başqa aləmdir. İnanın ki, onların fiziki özəlliklərindən roman desəm, ağ olar, amma bir mükəmməl povest yazmaq mümkündür...
- Yanınızda çantanız varsa, adam çox olan yerlərdə ya sinənizin üstündə, ya da uzaqbaşı qoltuğunuzun altında gəzdirməyiniz məsləhətdir Çantanın ağzı mütləq bağlı olmalıdır. Əgər çanta çox böyükdürsə və onu sinənin üstünə, yaxud qoltuq altına almaq müşkül məsələdirsə, onda qapağını çölə deyil, özünüzə sarı çevirib yanınızda saxlayın.
- Gözünüzün qabağını əliylə, əlindəki qəzetlə, yaxud qolunun üstünə saldığı pencək, jaket, plaşla kəsən adamlardan özünüzü qoruyun. Ümumiyyətlə, özünüzə elə yer seçin ki, görmə imkanınız məhdudlaşmasın.
- Küçə-bazarda qəflətən səs-küy qalxırsa, kimsə kiminləsə dalaşırsa, yaxud kiminsə qəflətən halı pisləşirsə, çalışın ordan uzaqlaşasınız. Çünki cibgirlərin diqqət yayındırmaq üçün ən çox istifadə etdiyi metod məhz elə budur.
Əziz oxucular, hələlik yadıma düşənlər bunlar idi. Amma söhbətlərimdən elə çıxmasın ki, mən cibgirlərdən qorunmağın yollarını tam mənimsəmiş birisiyəm, hər şeyi bilirəm və sizə də öyrətməyə cəhd edirəm. Qətiyyən elə deyil. Mən sadəcə olaraq, bildiklərimi, öz müşahidələrimi sizinlə bölüşürəm. Və elə düşünməyin ki, özüm cibgir həmləsinə məruz qalmamışam. Necə deyərlər, başına gələn başmaqçı olar! Bir dəfə məni də soyublar...
Hələlik... Özünüzdən və cibinizdən muğayat olun.
Suallarınızı [email protected] ünvanına yazın.
Allah hamını şər-xatadan qorusun!
Hörmətlə, sizin
İ.Q.

727