Mətbuat Şurası, 2 partiya və 1 QHT ofisdən çıxarılır
0
0
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Ədalət Partiyası, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi və Mətbuat Şurası yerləşdikləri binadan çıxarılır.
ASDP-nin həmsədri Araz Əlizadə APA-ya deyib ki, bu məsələ ilə əlaqədar Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşüb. Partiyanın diqqətinə çatdırılıb ki, bu barədə Nazirlər Kabinetinin qərarı var və adıçəkilən qurumlar İbrahimpaşa Dadaşov küçəsi, 60 ünvanında yerləşən 4 mərtəbəli binadan dövlət tərəfindən ayrılan başqa tikililərə köçürüləcək. A. Əlizadənin sözlərinə görə, bina istifadə üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə veriləcək. O, Nazirlər Kabinetinin qərarını ədalətsiz adlandırıb: “Bərbad vəziyyətdə olan bina böyük çətinliklə və maliyyə xərci ilə təmir olunub. Bizə harada yer veriləcəyini isə bilmirik”.
Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü də APA-ya partiyanın adıçəkilən ünvandan çıxarılacağını təsdiqləyib. O deyib ki, artıq Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi partiya üçün “Neftçilər” metrostansiyasının yaxınlığında yer təklif edib: “Yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir”.
Faktı təsdiqləyən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə APA-ya bildirib ki, normal yerlə təmin olunmasalar, binadan çıxmayacaqlar: “Bizim təşkilatın Əmlak Komitəsi ilə 2009-cu ilin sonuna qədər icarə müqaviləsi var. Həmçinin, biz oranı təmir etdirmişik. Əgər zorla çıxarmağa cəhd etsələr, beynəlxalq qurumlara müraciət edəcəyik”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə təmsil etdiyi qurumun adıçəkilən ünvandan çıxması ilə bağlı onlara heç bir rəsmi müraciətin olmadığını söyləsə də, bu barədə bəzi məlumatlar eşitdiyini söyləyib: “Şuraya bu yer dövlət başçısının sərəncamı ilə verilib. Bu səbəbdən də hazırda fəaliyyət göstərdiyimiz yeri dəyişməyi planlaşdırmırıq. Əgər daha münasib yer, bundan yaxşı təmirli və həmişəlik şuranın balansına veriləcək bina təklif olunarsa, məsələni müzakirə edərik”.
Qeyd edək ki, İbrahimpaşa Dadaşov küçəsi, 60 ünvanında yerləşən 4 mərtəbəli bina vaxtilə “Azneftkimyamaş” ASC-nin Təcrübə Sınaq Zavodunun inzibati binası olub.

Oxşar yazılar

Bu BÜRCLƏR bütün həftəni şansla üzəcək: Kainat hədiyyələri kimə gətirir
8 sentyabr 2025 , 00:02
Doğum tarixi xarakter və taleyi müəyyənləşdirir: ruhunuzun yolunu öyrənin
7 sentyabr 2025 , 19:28
İlin ikinci Ay tutulması başladı
7 sentyabr 2025 , 19:27
Beş BÜRC yoxsulluğun nə olduğunu unudacaq: Maliyyə sıçrayışı yaxınlaşır
7 sentyabr 2025 , 18:26
Sərxoşlar üçün ən yaxşı ölkələr: Portuqaliyadan Rumıniyaya qədər
7 sentyabr 2025 , 15:20
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
7 sentyabr 2025 , 13:47
Sabah çimərliklərdə hava küləkli olacaq
7 sentyabr 2025 , 12:20