Təhsil İşçilərinin Respublika Konfransı keçirilib -
APA-nın məlumatına görə, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycan təhsilinin problemlərinə toxunub.
Onun sözlərinə görə, Azərbaycanda 262 məktəb qəza vəziyyətindədir: “Hazırda respublikada 800-dən çox, Bakıda 141 məktəbin əsaslı təmirə ehtiyacı var. Şagirdlərin 80%-i təlim şəraiti normal olan məktəblərdə təhsil alır. Son illər aparılan tədbirlər nəticəsində iki növbəli məktəblərin sayı 74%-dən 44%-ə enib. Bu il 49 yeni məktəb tikilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası və internat istifadəyə verilib. Artıq məktəblərin əksəriyyəti 4 vacib avadanlıqla - parta, yazı lövhəsi, müəllim üçün stol və stullarla təmin edilib. Bu il 66 məktəbin kitabxanası zəruri avadanlıqlarla təchiz edilib”.
Nazir deyib ki, özəl məktəbəqədər müəssisələrin sayı da artmaqdadır: “Biz buna imkan veririk. Artıq belə məktəblərin sayı bu il 17-yə çatıb”.
M.Mərdanovun sözlərinə görə, Bakıda 1 ildə bağçalara cəlb olunan uşaqların sayı 8601 nəfər artıb. Bakıda uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması üzrə əhatə göstəricisi 26%-i keçib. Bunu yaxşı göstərici sayan nazir deyib ki, ümumilikdə məktəbəqədər müəssisələrə uşaqların cəlbi prosesi Təhsil Nazirliyini narahat edir.
M.Mərdanov qeyd edib ki, ölkədə 1173 uşaq bağçasının əsaslı təmirə ehtiyacı var. Ölkədə 3532 yaşayış məntəqəsi olsa da, onların 75%-də bağça yoxdur: “Bağçalarda dövlət tərəfindən yemək üçün gündəlik 3 manat 20 qəpik ayrılır. Faktiki olaraq harada nə qədər vəsaitin ayrıldığını görə bilərsiniz. Bu, bizim ən ciddi problemimizdir”.
Bu il I sinfə gedənlərin sayında 2000-dən çox artımın gözlənildiyini deyən Azərbaycanda hətta şagirdlərinin sayı 9 olan məktəb olduğunu da söyləyib: “Rayon təhsil şöbələrinə bildirirəm ki, hər məktəbi orta məktəb etmək olmaz”.

937