Neft gəlirlərindən təhsilə sərmayə - ARAŞDIRMA
Azərbaycanın zəngin neft kapitalının insan kapitalına çevrilməsi artıq realdır
Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə birbaşa bağlıdır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu isə təhsilə daha çox diqqət və qayğı göstərilməsindən, onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə dünyanın ən qabaqcıl ölkələri özlərinin davamlı inkişafın qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək üçün təhsilə xüsusi əhəmiyyət verir.
Dövlət müstəqilliyinin ikinci onilliyini başa vurmaqda olan Azərbaycanda da təhsil iqtisadi və sosial inkişafın prioritet sahəsi sayılır. Hələ XX əsrin əvvəllərində Azərbaycanın ən tanınmış ictimai-siyasi xadimlərinin böyük əksəriyyəti məhz xaricdə təhsil alıblar. Neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızlar üçün xüsusi məktəb açdığı da Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. 1919-cu ildə isə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə 100 nəfərdən çox azərbaycanlı gənc ali təhsil almaq üçün xaricə göndərildi.
İkinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmiz Xalq Cümhuriyyətin varisi olaraq bu ənənəni davam etdirməyə başlayıb. Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiq edilməklə bu ənənənin davamına rəsmi səviyyədə start verilib.
Tibb, iqtisadiyyat, kompüter və aviasiya mühəndisliyi
Lent.az bu proqramın icra vəziyyəti və onun ölkənin ümumi təhsil sisteminə təsiri öyrənmək üçün kiçik araşdırma aparıb. Məlum olub ki, bu proqram ölkənin təkcə təhsil deyil, siyasi-iqtisadi, mədəni inkişafı sahəsində ciddi əhəmiyyət daşıyır. Təhsil nazirinin müavini Elmar Qasımov deyir ki, hazırda həmin proqram əsasında dünyanın ən aparıcı 30 ölkəsində 500-dən çox azərbaycanlı tələbə bu proqram çərçivəsində dövlət vəsaiti hesabına təhsil alır. Xaricdə təhsil almağa göndərilənlər əsasən, tibb, iqtisadiyyatın müxtəlif sahələri, mühəndislik ixtisaslarına yiyələnir. Hazırda dövlət proqramı əsasında xaricdə təhsil alanların 30 faizi tibb sahəsini, 25 faizi kompüter və aviasiya mühəndisliyini, 25 faizi iqtisadiyyatı, yerdə qalın isə digər ixtisasları öyrənəcək.
Xatırladaq ki, ötən dərs ilinin yekunlarına əsasən, Dövlət Proqramı çərçivəsində xaricə göndərilən azərbaycanlı gənclərin 93 nəfəri tibb, 81 nəfəri iqtisadiyyat, 57 nəfəri siyasi elmlər, 53 nəfəri idarəetmə, 10 nəfəri incəsənət, 25 nəfəri hüquqşünaslıq, 54 nəfəri texniki ixtisaslar, yerdə qalanları isə digər istiqamətlər üzrə təhsilini davam etdirir.
Elmar Qasımov bildirib ki, həm öz hesablarına, həm Təhsil Nazirliyinin xətti ilə, həm də dövlət proqramı əsasında xaricdə təhsil alanların çoxu Türkiyə universitetlərində oxuyur. Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Cənubi Koreya, Yaponiya, Belçika, Hollandiya universitetlərində də təhsil alan Azərbaycan gəncləri var. Onun sözlərinə görə, dövlət proqramı çərçivəsində gənclərin xaricdə təhsil almasına şərait yaratmaq məqsədilə ABŞ, Almaniya, Fransa və Böyük Britaniya ilə müqavilələr imzalanıb: “Bu 4 dövlət azərbaycanlı tələbələrin təhsil almasını birbaşa öz üzərinə götürüb. Yəni bu dövlətlərin müvafiq təhsil təşkilatları ilə Azərbaycan hökuməti arasında müqavilə imzalanıb və bütün xidmətləri onlar özləri həyata keçirir”.
Hər tələbəyə təxminən 1000 dollar
Bəs, bu tələbələrin xaricdə təhsil alması üçün Azərbaycan hökuməti nə qədər vəsait xərcləyir? Xatırladaq ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” 2007-ci ildən icra olunur. Təhsil Nazirliyindən bildirirlər ki, proqramın ilk ilində gənclərin xaricdə təhsil almasına 810 min manat vəsait xərclənib. 2008-ci ildən isə azərbaycanlı tələbələrin xaricdə təhsil alması Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. Həmin il fond bu istiqamətə 2,3 milyon, 2009-cu ildə 7,9 milyon manat vəsait ayırıb. 2010-cu ilin birinci rübündə isə bu vəsait 1,9 milyon manat təşkil edib. Dövlət Neft Fondunun 2010-cu il üçün büdcəsində tələbələrin xaricdə təhsil almasının maliyyələşdirilməsinə 10 milyon manat nəzərdə tutulub (Cədvəl 1).
Bütövlükdə isə 2010-cu il aprelin 1-ə olan məlumata əsasən, bu proqramın maliyyələşdirilməsinə Neft Fondu tərəfindən 12,1 milyon manat vəsait yönəldilib.
Son 3 ildə dövlət proqramı çərçivəsində xaricdə təhsil alanlar barədə
İllər Ölkələrin sayı Tələbələrin sayı İllik xərc (manat)
2007 11 44 810 000
2008 14 155 2 300 000
2009 27 450 7 900 000
2010
(Proqnoz) 30 1000 10 000 000
Xatırladaq ki, gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normaları Nazirlər
Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 saylı qərarı müəyyən edilir. Həmin qərara əsasən, dövlət proqramı çərçivəsində ayrı-ayrı ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin aylıq xərcləri həmin ölkənin yaşam tərzinə uyğun fərqləndirilir. Məsələn, 2008/2009-cu tədris ili üçün Belçikada təhsil alan hər tələbəyə ayda 1150 dollar, Avstraliyada 1550 dollar ayrılıb (Cədvəl 2).
№ Ölkələr Cəmi Yataqxana xərci Digər xərclər Tədris materialları Gündəlik yemək
1. Almaniya 1,050.00 EUR 300.00 EUR 100.00 EUR 50,00 EUR 600.00 EUR
2. ABŞ 1,800.00 USD 1,000.00 USD 100,00 EUR 100.00 USD 600,00 EUR
3. Avstraliya 1,550.00 USD 800.00 USD 100,00 USD 50,00 USD 600,00 USD
4. Belçika 1,150.00 EUR 400.00 EUR 100.00 EUR 50.00 EUR 600.00 EUR
5. Böyük Britaniya 1,750.00 EUR 1,000.00 EUR 100.00 EUR 50.00 EUR 600.00 EUR
Bir neçə ay əvvəl Nazirlər Kabinetinin “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə daha 3 ölkənin adı salınıb. Bununla da Azərbaycan hökumətinin ali təhsilli kadrların yetişməsi üçün əməkdaşlıq etdiyi ölkələrin sayı 27-dən 30-a çatdırılıb. Həmin qərara əsasən, sonuncu dərs ili üçün Ukraynada 1 tələbənin təhsil almasına Azərbaycan hökuməti 960 dollar, Macarıstanda 990 avro, Bolqarıstanda isə 890 avro xərc çəkir. Bu vəsaitlər tələbənin yataqxana, qidalanma, dərslik, nəqliyyat və sığorta xərclərinin ödənməsinə sərf olunur (Cədvəl 3).

28. Ukrayna 960,00 USD 350,00 USD 100,00 USD 30,00 USD 480,00 USD
29. Macarıstan 990,00 EUR 350,00 EUR 100,00 EUR 40,00 EUR 500,00 EUR
30. Bolqarıstan 890,00 EUR 350,00 EUR 100,00 EUR 40,00 EUR 400,00 EUR
ARDNŞ-nin 4 təqaüd proqramı
Yeri gəlmişkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) son illər təhsilə sərmayə qoyur. Belə ki, şirkət öz vəsaitləri hesabına ölkədə və xaricdə təhsil alan Azərbaycan gəncləri üçün 4 təqaüd proqramı təsis edib. Proqramlardan birincisi yerli universitetlərdə oxuyan tələbələr üçün nəzərdə tutulur. İkincisi Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən bu müəssisədə işləyə biləcək kadrlar hazırlayan ixtisaslarda təhsil alanlar üçün təsis olunub. Üçüncü təqaüd proqramı Gürcüstanda, dördüncü proqram isə başqa xarici ölkələrdə öz hesablarına təhsil alan azərbaycanlı tələbələr üçün nəzərdə tutulur.
ARDNŞ-nin kadrların hazırlanması şöbəsinin müdiri Asif Şəfəqqətov deyir ki, indiyədək Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr üçün təqaüd proqramı çərçivəsində bir neçə dəfə müsabiqə keçirilib. Sonuncu belə müsabiqə universitetlərdə yüksək qiymətlərlə oxuyan 140 tələbə şirkətin təqaüdü ilə təhsil almaq hüququ əldə edib. Onun sözlərinə görə, təqaüdlər perspektivli gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi daşıyır.
Digər mühüm bir məqam ondan ibarətdir ki, əvvəllər müsabiqədə yalnız Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələri iştirak edə bilirdisə, sonuncu müsabiqədən etibarən digər ali təhsil müəssisələrində oxuyanlar da təqaüd proqramında iştirak edə bilir. Asif Şəfəqqətov bildirir ki, 2004-2005-ci tədris ilində yalnız ADNA tələbələri üçün nəzərdə tutulan təqaüd proqramının əhatə dairəsi bir qədər də genişləndirilib. Onun sözlərinə görə, artıq şirkətdən təqaüd alanlar arasında Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universitetlərinin, eləcə də Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri də var.
ARDNŞ həmçinin, tələbələrə verilən təqaüdlərin həcmini də artırıb. Belə ki, bu ildən hər bir tələbəyə verilən təqaüd 30 manat artırılaraq 70 manata çatdırılıb. Asif Şəfəqqətov deyir ki, bu təqaüd proqramı yalnız bir semestr üçün nəzərdə tutulur. Semestrin sonunda proqram üzrə növbəti müsabiqə keçirilir. Bu zaman əvvəlki semestrdə şirkətdən təqaüd alan tələbələrin müsabiqədə iştirakına heç bir məhdudiyyət qoyulmur və istənilən tələbə hər bir semestr üzrə keçirilən müsabiqələrdə iştirak etməklə bütün təhsil boyunca şirkətdən təqaüd ala bilər. İndiyədək 1000-dən artıq tələbə bu proqram üzrə ARDNŞ-nin təqaüdünə layiq görülüb.
Bundan başqa, ARDNŞ 2008-ci ildə Gürcüstanın ali məktəblərinə daxil olan 47 azərbaycanlı tələbəyə də 60 dollar məbləğində aylıq təqaüd verir. Milli Məclisin bir qrup deputatının təşəbbüsü ilə reallaşan təqaüd proqramının əhatə dairəsi sonradan bir qədər də genişləndirilib. Şirkətin şöbə müdiri deyir ki, hazırda Gürcüstanda təhsil alan 66 azərbaycanlı tələbə ARDNŞ-dən təqaüd alır. Digər xarici ölkələrdə təhsil alan gənclərin arasında isə belə tələbələrin sayı 69 nəfərdir.
Ən mühüm məsələlərdən biri isə odur ki, ARDNŞ onun təqaüd proqramlarından bəhrələnən tələbələr üçün əlavə imkanlar yaradır. Belə ki, bu tələbələr ali məktəbi bitirdikdən sonra şirkət onların müvafiq işlə təmin olunmasında öz köməkliyini göstərir. Asif Şəfəqqətov bildirir ki, indiyədək xaricdən təhsil alan belə tələbələrdən 26-sı təhsilini başa vuraraq ölkəyə qayıdıb. Onun sözlərinə görə, hazırda həmin tələbələrin 21-i ARDNŞ-nin müvafiq sahələrində işlə təmin olunub, 3 nəfər hərbi xidmətdədir. Digər 3 nəfər isə ölkəyə yenicə qayıdıb və yaxın bir ay ərzində onların da işlə təmin olunacağı gözlənilir.
Xaricdə oxuyan tələblərin işlə təminat problemi yoxdur
Xatırladaq ki, bu il daha 1000 tələbənin dövlət proqramı çərçivəsində xaricə göndərilməsi nəzərdə tutulub. Təhsil Nazirliyi isə ölkəyə qayıdan gənclərin işlə təmin olunması üçün “Məzunların işlə təminat qaydaları” adlı yeni sənəd hazırlayıb. Nazirlikdə bildirirlər ki, indiyədək Böyük Britaniya, İsveç və Fransada təhsil alan 50 məzun vətənə qayıdıb və onlar işlə təmin olunub.
Qaydalara əsasən, dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələr təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmalı və ən azı 5 il müddətində işləmək haqqında öhdəliyi yerinə yetirməlidirlər. Proqrama uyğun olaraq, 2015-ci ilədək 5000 azərbaycanlı gəncin xaricdə təhsil alması planlaşdırılır.
Elxan SALAHOV
P.S. Yazı Təhsil Nazirliyinin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə keçirdiyi müsabiqəyə təqdim olunur.

1223