“Burda Azərbaycan türklərinin müdir olmasına imkan verilmir”
Tehran hakimiyyətinin Güney Azərbaycana qarşı etnik ayrı-seçkiliyi davam edir. Almaniyanan “dw-world.de” radiosu İranda Azərbaycanlı Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin təmsilçisi Yaşar Həkkakpura istinadən bildirib ki, İran hakimiyyəti fars olmayan bölgələrdə iş adamlarını milli təhlükəsizliyi hədələyən qüvvələr kimi baxır.
Lent.az-ın GünAzTv-yə istinadən məlumatına görə, ölkə rəhbərliyi bu bölgələrə nəinki sərmayə qoymur, bu addımı atmaq istəyənlərə maneçilik törədir. İslam Respublikasının məsulları sərmayədarlara bildirir ki, Azərbaycan əyalətlərinə yatırım qoyanlara dövlət tərəfindən dəstək verilməyəcək.
Güney Azərbaycanın Marağa rayonundakı “Kavi soday” zavodunun işçilərindən biri adıçəkilən radioya müsahibəsində deyib ki, onlar ən az əməkhaqqı qarşılığında işləyirlər. “Müəssisədəki ağır iş nəticəsində xəstələnən fəhlələr dərhal işdən azad edilirlər. Dövlətin tibb komissiyası isə işçiyə bununla bağlı uyğun sənəd vermir. Nəticədə sığorta idarəsi həmin işçilərə yardım etmir” - deyə, müsahib söyləyib.
Yaşar Həkkakpur radioya müsahibəsində azərbaycanlı fəhlələrin çoxu fars dilini ləhcə ilə danışdığı üçün iş yerində təhqir olunurlar: “Bu aşağılanma qarşılığında onlar milli mənsubiyyətini danır, nəticədə milli assimilyasiya uğrayırlar”.
Araz adlı fəhlə isə müsahibəsində mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətində həmkarlarının sosial vəziyyətinə işarə edərək, vurğulayıb ki, kimyəvi məhsullar istehsal edən müəssisələrdə işçilərin sağlığına və əmək haqlarına diqqət verilmir. Onun sözlərinə görə, həmin fabrik və zavodlarda çalışanların tənəffüs yollarında ciddi problemlər yaranır: “Bu vəziyyətdə olan işçiyə tibbi yardım göstərilməkdənsə, onu işdən azad etməyə üstünlük verirlər”.
O, çalışdığı müəssisədə dəfələrlə ədalətsizliklə üzləşdiyini, Azərbaycan türkü olduğu üçün milli ayır-seçkiliyə məruz qalaraq, təhqir edildiyini söyləyib. Onun sözlərinə görə, azərbaycanlı mühəndislər də müəyyən səviyyəyə qədər vəzifə tutur: “Azərbaycan türklərinin müdir olmasına imkan verilmir. Müdirlər fars dilli bölgələrdən gətirilir. Kəsəsi, işçilər bütün çətinliyə dözməlidir, əks halda iş yerlərini itirir, belələrinin başqa yerdə yeni iş yeri tapması üçün problem yaradılır”.
Sədrəddin Soltan

399