Şəlalə yazır: “Diananın evdən qaçması” - HEKAYƏT
Lent.az-ın “Qadın iztirabları” adlanan bu rubrikasında Azərbaycan qadınının arzuları, özünütəsdiq cəhdləri, mənəvi axtarışları, mübarizəsi və faciəsi haqqında silsilə yazılar dərc olunacaq. Buna müəllifin avtobioqrafiyası da demək olar... Qeyd edək ki, silsilənin ilk 3 yazısı qafqazinfo.az saytında yayımlanıb.
4-cü hissə
Zavallı qızı şillələyə-şillələyə, guya, o evdə olmayanda, otağına gətirib, mazaqlaşdığı hansısa xəyali oğlanı söyürdü. Deyirdi ki, onu tapıb, “gəlin” eləyəcək. Diana onun nədən bu qədər qızdığını anlamırdı, bir söz soruşmaq da mümkün deyildi, yalnız vəhşiləşmiş adamın əlindən xilas olmağa can atır, kişinin əl-qolunu, üzünü cırmaqlayırdı. Süpürləşmə haradasa, beş dəqiqə davam etdi, Diana var qüvvəsi ilə onun əlindən sivişib çıxanda, küncdəki köhnə tikiş maşınının dəmir tininə ilişdi. Dartınanda koftası cırıldı. Ağ sinəsi, göbəyi göründü. Qız diksinmiş halda, əli ilə paltarının cırıq yerlərindən görünən əzalarını örtməyə çalışdı.
Onsuz da ağlını itirmiş ata bir anlığa duruxdu, bu balaca mənzildə Diana hara qaçası idi ki? Diananın gözəlliyinin fərqinə indi vardı, dağınıq saçları, açıq-yaşıl gözləri, rəngi qaçmış uzunsov ağ sifəti, ağlını başından alan, titrək, dik döşləri, mərmər kimi ağ, incə qarnı...
Yəni, doğrudan bu, onun balaca, arıq qızı Diana idi?
Lənət şeytana, bu qız nə vaxt, harda belə yetişmişdi?!
Qız onun düşüncələrindən xəbərsiz, dizlərini qucaqlayıb, için-için ağlayırdı.
Kişi ona tərəf yaxınlaşıb, saçlarını sığallamaq istədi.
Diana səksənmiş halda ayağa qalxdı-qorxduğu açıq-aydın idi, həm də onunla üzbəüz qalmaqdan iyrənirdi. Ürəyində atalıqdan birdəfəlik çıxardığı bu adamdan canını qurtarmaq üçün mətbəxə girdi. Diananın bu hərəkətindən, kişinin sərxoş beyni dərhal qızdı.
Yenə də Diananın “görüşdüyü” o tip yadına düşdü, ağzı köpüklənə-köpüklənə, onun başını kəsəcəyinə and içdi.
- “Sən mənim olacaqsan!” - dedi və sürətlə mətbəxə - əlləri qoynunda sakitcə duran Diananın üzərinə şığıdı. Bircə zərbə ilə qızı yerə sərdi. Hücum gözlənilməz olduğundan, qız müvazinətini saxlaya bilməyib yıxıldı.
Onun məqsədi aydın idi, tez qapını cəftələdi, mətbəx stolunun üstündəki iri bıçağı götürdü ki, qız çox o yan-bu yan eləməsin. Diana əlləri ilə başını tutub, indicə növbəti şillə-təpiklərin enəcəyini gözləyirdi, amma zavallı qızcığaz bu dəfə atasının heyvani ehtirasının qurbanı oldu.
Kobud, güclü əllər ağzını qapamışdı, qışqıra bilmirdi, kişinin ağır, tüklü bədəninin altında çapaladıqca, nəfəsi kəsilirdi. Dəhşətli ağrıdan, başına gətirilən vəhşilikdən, döyülməkdən, əzilməkdən, nəhayət süst düşdü, qolları boşaldı...
Diana özündən getmişdi.
Sonradan baş verənlər isə yadında deyildi.
Səhər gözünü açanda, özünü yataqda gördü, əl-ayağı keyimişdi, bədənində küt ağrılar vardı. Gözlərinin altı qaralmış və şişmişdi. Sanki üstündən tank keçmişdi. Yan-yörəsinə göz gəzdirdi, ixtiyarsız olaraq, özünü müdafiə etmək üçün nəsə bir əşya axtardı. Evdə kimsə yox idi, anasının da çarpayısı boş idi. Ayağa qalxmaq istəyəndə, çiyni dəhşətli ağrı verdi, zəif səslə zarıdı.
Dünən gecə baş verənləri xatırladıqca, hönkürürdü. Geniş həyati təcrübəsi olmasa da, özünü və dünyanı o qədər yaxşı dərk etməsə də, Diana anlayırdı ki, faciənin ən müdhişi onu yaxalayıb-kimsəsiz, köməksiz, ağır xəstəyə baxmaqla, evdə qulluqçuluq etməklə keçən mənasız həyatı, bundan sonra daha iztirablı bir mərhələyə yuvarlanacaq...
Bu evdə necə yaşayacaq, anasının, qardaşının (düzdü, uşaq idi, bəzi şeyləri hələ anlamırdı) üzünə necə baxacaq, qonşular bilsə, - əlbəttə, xəbər tutacaqlar, necə olacaq, küçəyə-mağazaya necə çıxacaq, hələ oğraş atası ilə necə üz-üzə gələcək? Dözəcəkdimi bütün bunlara?
Yox! Yox! Diana qəti əmin idi ki, “ata” adlandırılan, o insani sifətini itirmiş məxluqu görüncə, əsəbi dözməyəcək, onu didmək, dağıtmaq istəyəcək.
Dünən gecəki səhnələri təsəvvür etməyə çalışdı, dişlərini qıcadı. Anasının halını düşündü, balasına kömək edə bilmədiyi üçün, allah bilir, nələr çəkib! Heç olmasa, qonşuları köməyə çağıraydılar! Yəqin biabır olmamaq üçün haray salmayıb! Ya da qorxub ki, daha da qudurar, mənə bir zədə yetirər... deyə fikirləşdi.
Kim bilir, bəlkə də anası onu o qızmış heyvanın əlindən almışdı, bəlkə də... qəfildən ağlına gələn fikirdən canına üşütmə düşdü. Yox! Allah eləməsin! Ola bilməz! - deyə həyəcanlandı, amma yaxşı, bəs hanı o?
O ki ayaqüstə güclə durur, bu halda hara gedə bilərdi?!
Düşüncələrdə idi ki, qapı astadan taqqıldadı. Diana heç bilmədi, nə üçün ürəyi qopdu.
Qapı yenidən döyüldü və yavaş-yavaş aralandı. Qonşu qadının tanış sifəti göründü. Qadın içəri girdi. Mehriban-mehriban halını soruşdu. Əlini alnına qoydu, qızdırmasının olub-olmadığını yoxladı. Diana tələsik anasını xəbər aldı, qadın dedi ki, gecə vəziyyəti pisləşib, “Təcili yardım” çağırıblar. Dedi ki, narahat olmasın, xəstəxanaya zəng ediblər, qorxulu heç nə yoxdur. Diananın ürəyi bir az rahatlandı, xəstəxana, “Təcili-yardım”, iynə-dərman həngamələrini qədər görmüşdü ki, çox da ciddi narahatlıq keçirmədi.
Qonşu qadını isə başqa məsələlər maraqlandırırdı. Gecəyarısından xeyli keçmiş, balaca Natiqin çağırışı ilə, əri usta Tahirlə onlara gələndə, gördükləri mənzərədən az qala şoka düşmüşdülər. Evdə hər şey baş-ayaq idi, stul aşmış, pəncərədəki güldan yerdə çiliklənmişdi, Diana isə ölü kimi mətbəxdə sərələnmişdi, Natellanın halı çox pis idi, sayıqlayırdı: “eləmə... vurma, burax onu!” - deyirdi, evin kişisi isə laqeydcəsinə, qabağındakı bir şüşə arağı yeməksiz içirdi. Qonşu ər-arvadın içəri girməsindən zərrəcə əndişələnməmişdi, onların əl-ayağa düşməsinə, sorğu-sualına da heç bir reaksiya verməmişdi, məsələni anlayanda, Tahir ustanın əsəbdən rəngi ağarmışdı, kişinin qolundan yapışıb, “rədd ol, gözüm səni görməsin!” - deyə, onu qovmuşdu.
Arvad-uşağına, doğma qızına qənim kəsilən bu heyvərə adam, Tahirin göstərişlərinə tabe olmuşdu, siqaretini götürüb, heç kimin üzünə baxmadan həyətdən çıxmışdı.
Deyəsən, əsas biabırçılıqdan xəbərləri yoxdur - deyə Diana fikirləşdi.
Qadın daha ətraflı bilgi almaq üçün qızı xeyli sorğu-suala tutdu, ən azı bir neçə gün qeybət mövzusu vardı, məsələni onsuz da şişirdəcəkdilər, amma arvad bu qənaətdə idi ki, hər şeyi mənbənin özündən yerli-yataqlı öyrənmək şansını buraxmaq olmaz. Nə üstə dalaşdınız, niyə səni vurdu, paltarın niyə cırılmışdı, ananı da döydümü, səbəb nə idi və s.
Diana onsuz da bircə himə bənd idi ki, ağlasın, ona görə də danışmaq istəmirdi. Məsələnin açılacağından dəhşətli dərəcədə qorxurdu. Özü də bilmədən, insanların dərdləri ilə oynamağı sevən, milçəyi şişirdib, filə çevirən qonşu arvadı başından eləmək üçün zəif səslə mızıldanmışdı ki: “başım ağrıyır, yatmaq istəyirəm...”
Qonşu arvad da çox dərinə getməmişdi, canıyananlıqla üstünü örtmüşdü, nəyəsə ehtiyacı olsa, utanmadan deməsini söyləmişdi.
Diana anasının xəstəxanadan nə zaman çıxacağını təxmini bilirdi, necə ağır vəziyyətdə olursa-olsun, dövlət xəstəxanalarında, xəstəni bir həftədən artıq palatada saxlamırdılar. Bura Azərbaycandır axı, pulun yoxdursa, ölmək də problemdir. Qardaşı həyətdə velosiped sürürdü. Nədənsə, uşağa bərk yazığı gəldi.
Kədərli düşüncələr içərisində, saatlar keçdi.
Bir neçə il ərzində ev-məişət işləri üzrə ixtisaslaşmağa məcbur olan Diana, ev-eşiyi yığışdırdı, paltar yudu, atasının şalvar-köynəyini isə nifrətlə kənara tulladı.
Üç gün sonra anası xəstəxanadan qayıtdı, atası gətirmişdi onu.
Diana onu görəndə evdən güllə kimi çıxıb, qaçmışdı. Sonradan birtəhər yola gətirmişdilər, çünki heç kim onun başına gələnləri bilmirdi.
Anası bilirdi yalnız.
Amma dözməkdən savayı, əlacı yox idi.
Kişidən asılı idilər, yoxsa ana da, balaları da acından ölməyə məhkum idi.
Çörəklə imtahana çəkilirdilər.
Bu rayonda tanıdıqları bir kimsə, qohum-əqrəba, dost-tanışları da yox idi.
...Sonra evdən necə qaçmasını danışdı.
Atası hər addımını güdürmüş, tez-tez evdə onunla tək qalmağa çalışırmış. Bir neçə dəfə xəlvətə salıb, onunla bircə dəfə yatması üçün qızına yalvarmışdı. Hər dəfə rədd edildikdən sonra, Dianaya deyirmiş ki, anan yaxın vaxtlarda öləcək, ondan sonra sən həmişəlik mənim olacaqsan. Bir dəfə isə Diana tualetə girmək istəyəndə, özünü onun ardınca içəri dürtüb, qapını bağlamaq istəmişdi. Amma istəyi baş tutmamışdı, Diana onu itələyib qaçmışdı.
Qız o axşam qəti qərara gəlmişdi. Bu evdə qalmaq mümkün deyildi. Axşam çantasını yığmış, iki dəst paltarını götürmüşdü, səhər hələ heç kim yuxudan durmamış, birayaq-birayaq atası yatan otağa girmişdi, şalvarının cibini eşələyib, 11 manat pul tapmışdı. Pulu götürüb, anasını, qardaşını yuxuda ikən öpüb, evdən çıxmışdı. Birbaşa Bakıya! Kimin yanına, haraya gedəcəyini özü də bilmirdi, sadəcə, başını götürüb, buralardan qaçmışdı.
Bakı onu heç də gülərüzlə qarşılamadı. Yad, soyuq, qaraqabaq adamların qaynaşdığı paytaxt küçələrində, başını itirmiş adamlar kimi hara gəldi, gedirdi. Bakıda ilk dəfə 10 yaşında olmuşdu, o da məktəbdə təşkil olunan ekskursiya ucbatından. Uşaqlarla, müəllimləri ilə “Şəhidlər xiyabanı”nı, bulvarı, “İçərişəhər”i gəzmişdi. Vəssalam.
Aradan beş il keçmişdi.
O yenidən Bakıda idi. Amma tək-tənha. Hava qaranlıqlaşır, soyuq payız küləyi əsirdi. Noyabrın əvvəlləri idi. Bütün günü veyillənməkdən ayaqları sızıldayırdı, gəzə-gəzə, “Torqovı” küçəsinə gəlib çıxdı, parkda bir skamya tapıb, oturdu. Səhər yemək yeməmişdi, acından ürəyi üzülürdü.
(ardı var)

1912