Dünyanın ən yaxşı 10 fantastik flmi
07 may 2026 12:58 (UTC +04:00)

Dünyanın ən yaxşı 10 fantastik flmi

0

"Collider" nəşri bütün dövrlərin ən yaxşı qaranlıq fantastika filmlərinin reytinqini tərtib edib. 

Lent.az xarici mediaya istinadla qəmgin atmosferi, mürəkkəb mövzuları və yadda qalan obrazları ilə seçilən 10 ekran əsərinin təqdim edir.

İlk üçlük

Pan's Labyrinth – Siyahıya Gilyermo del Toronun bu şah əsəri başçılıq edir. İspaniyada yaşayan Ofeliya adlı qızın hekayəsində amansız reallıq qorxulu nağıl dünyası ilə çulğalaşır. Film fantastik obrazlardan travma, qəddarlıq və yetkinləşmə dövrünün metaforası kimi istifadə edir.

Conan the Barbarian – İkinci yerdə Arnold Şvartseneggerin baş rolda oynadığı film qərarlaşıb. Ekran işi ailəsinin qatillərindən qisas almağa çalışan döyüşçüdən bəhs edir. Burada əsas diqqət fiziki gücə, dözümlülüyə və sağ qalmaq uğrunda mübarizəyə ayrılıb.

The NeverEnding Story – Üçüncü yerdə dayanan bu film, "Heçlik" adlı qüvvə tərəfindən məhv edilən "Fantaziya" adlı sehrli ölkə haqqında kitab oxuyan oğlandan bəhs edir. Hekayə təxəyyül və daxili böhran mövzularına toxunur.

Siyahıda həmçinin aktyor Brendon Linin həyatı bahasına başa gələn qotik qorxu filmi The Crow da yer alıb.

Tam siyahı belədir

El laberinto del fauno, 2006

Conan the Barbarian, 1982

The NeverEnding Story, 1984

Dragonslayer, 1981

The Last Unicorn, 1982

Guillermo del Toro’s Pinocchio, 2022

Coraline, 2008

Hellboy, 2004

The Crow, 1994

The Dark Crystal, 1982


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar