Binanın damındakı köçkün məktəbləri –
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə yataqxanasında məskunlaşan məcburi köçkünlər Abşeron rayonu Mehdiabad qəsəbəsindəki yeni şəhərciyə köçmək istəmir. Buna səbəb şəhərciyin məcburi köçkünlərin məskunlaşdığı yataqxana ilə müqayisədə Bakının mərkəzindən uzaqda yerləşməsi, onların iş yerlərini itirmək təhlükəsi ilə üzləşməsi, yeni ünvanda sosial xidmət müəssisələrinin olmaması və ən nəhayət, mənzillərin ədalətsiz bölüşdürülməsidir. Narazı sakinlər yeni şəhərcikdə məcburi köçkün uşaqlar üçün məktəb binasının tikilməməsindən və 18-20 il ərzində yaşadıqları ünvana yaxın ərazilərdə çalışdıqları iş yerlərini itirmələrindən daha çox narahatdırlar. İş o yerə çatıb ki, məcburi köçkünlər Prezident Administrasiyasına, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə (QMKİDK) və sakini olduqları rayonların icra hakimiyyəti başçılarına məktubla müraciət edərək onların bu şəkildə köçürülməsinə razılıq verilməməsini xahiş ediblər.
Bu arada QMKİDK yeni şəhərcikdə heç bir problemin olmadığını, burada sosial infrastrukturların normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bəyan edib. Komitənin mətbuat xidmətinin yaydığı məlumata görə, məcburi köçkünlər üçün Mehdiabadda yeni salınmış şəhərcikdə orta məktəb də fəaliyyət göstərir və buraya köçürülən ailələrin uşaqları həmin məktəbdə təhsilini davam etdirir. Üstəlik, həmin ərazidə yeni məktəb binalarının tikintisi üçün hökumətə müraciət olunub.
Bəs, əsil həqiqətlər nədən ibarətdir? 19-20 ilə ərzində yataqxana şəraitində, darısqal otaqlarda yaşayan məcburi köçkünlər dövlətin onlar üçün inşa etdiyi müasir və geniş mənzillərə niyə köçmək istəmir?
Lent.az-ın əməkdaşı bu və ya digər suallara aydınlıq gətirmək məqsədilə Mehdiabad qəsəbəsinə yollanaraq əsil həqiqətin nədən ibarət olmasını araşdırmağa çalışıb. Məlum olub ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə yataqxanasında məskunlaşan məcburi köçkünlər onların ucqara köçürülməsini gözləmirmiş. Belə ki, əsasən Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdıqları yataqxananın elə Nərimanov rayonu ərazisində tikilmiş doqquzmərtəbəli binalardan birinə köçürüləcəyi nəzərdə tutulurmuş. Hətta həmin binanı inşa edən şirkətin əməkdaşları yataqxanadakı köçkün ailələrin siyahısını da dəqiqləşdiribmiş. Ancaq son anda QMKİDK binanın məcburi köçkünlərin istifadəsinə verilməsi üçün lazım olan vəsaiti şirkətin hesabına köçürməkdən imtina edib. Rasim Quliyev adlı məcburi köçün deyir ki, onlar razılaşmanın pozulmasından bu ilin yayında xəbər tutublar. Onun sözlərinə görə, QMKİDK-nin nümayəndələri hələ iyun ayında yataqxanaya gələrək buradakı məcburi köçkünlərin Mehdiabaddakı yeni binalara köçürüləcəyi barədə xəbərdarlıq edib: “Ancaq camaat narazılıq elədi. Çünki məcburi köçkünləri iş yerindən ayırmaq onları aclığa sürükləmək deməkdi. Bizə qarşı çox ədalətsizlik elədilər, yarızor-yarıxoş, gətirib camaatı töküblər bura. İndi də qalmışıq işsiz-gücsüz”.
2 otaqlı mənzil 3 otağa necə çevrilib?
Rasim Quliyev deyir ki, mənzillərin bölüşdürülməsin zamanı da onlara haqsızlıq olunub. Mənzillərdəki otaqların ailə üzvlərinin sayına görə bölüşdürüldüyünü deyən həmsöhbətimiz bildirir ki, 4 nəfərlik ailəyə ümumi sahəsi 90 kvadratmetr olan 2 otaqlı mənzil düşməlidir. Ancaq onun sözlərinə görə, 2 otaqlı mənzillərin bir qismində arakəsmələr aparılıb və həmin mənzillər 3 otaqlı kimi rəsmiləşdirilib. Nəticədə 2 otaqlı mənzillərin sahəsi 90 kvadratmetrdən 72 kvadratmetrə düşüb: “Hər gün burada dava-dalaşdayıq. Burda 90 kvadratmetr sahəsi olan 3 otaqlı mənzil də var, 2 otaqlı da. Eyni zamanda 3 otaqlı ev var ki, sahəsi 90, bəzilərininki isə 120 kvadratmetrdir. Bəzi mənzillərdə mətbəxi otağa, dəhlizi mətbəxə çeviriblər. İcra hakimiyyətinin nümayəndəsi təbliğat apardı ki, narazılıq etsəniz, heç onu da verməyəcəklər. Ona görə də camaat məcburiyyət qarşısında qalıb, köçdü”.
Məktəb məsələsinə gəlincə, məcburi köçkünlər deyirlər ki, indi onların ən ciddi problemi məhz budur. Çünki hazırda tam məskunlaşdırılmış 12 beşmərtəbəli binadan ibarət şəhərcikdə məktəb üçün bina tikilməyib. Təxminən 2000-dən çox ailənin yaşadığı şəhərcikdə yaşayan məktəbyaşlı uşaqların bir qismi elə yaşayış binalarının içərisindəki darısqal otaqlarda fəaliyyət göstərən 2 məcburi köçkün məktəbində təhsillərini davam etdirir. Taksi tutmaq imkanı olan ailələr isə uşaqlarını əvvəl yaşadıqları yataqxanaya yaxın ərazilərdəki məktəblərə göndərir.
Binaların damındakı məktəblər
Şəhərcikdə sosial infrastrukturun vəziyyəti ilə tanışlıqdan sonra məlum olur ki, buradakı binalara köçürülmüş məcburi köçkünlərin narahatlığına doğrudan da ciddi səbəblər var. Belə ki, hazırda 2000-dən çox ailənin məskunlaşdığı şəhərcikdə cəmi iki məktəb fəaliyyət göstərir. Bunlardan biri Füzuli rayon 1, digəri isə Ağdam rayon 34 saylı tam orta məktəbdir. Ən qəribəsi də odur ki, bu məktəblərin hər ikisi məcburi köçkünlərin yaşadığı binanın içərisində yerləşir. Məktəb üçün bina tikilmədiyindən yaşayış üçün nəzərdə tutulmuş otaqlardan sinif kimi istifadə olunur. Özü də beşmərtəbəli binanın 6-cı mərtəbəsində. Yəni binanın damında. Üstəlik “sinif otaqları” darısqal olduğundan 1 partada 3, bəzi siniflərdə isə hətta 4 uşaq oturur. Bu azmış kimi, məktəb rəhbərliyi yerin darısqal olması səbəbindən yuxarı sinif şagirdlərini bir, aşağı sinif şagirdlərini digər binadakı “sinif otaqları”na yerləşdirmək məcburiyyətində qalıb. Belə ki, Füzuli rayon 1 saylı məktəb 12 saylı binanın damında və II mərtəbəsindəki mənzillərdə, Ağdam rayon 34 saylı məktəb isə 11 və 12 saylı binaların damında yerləşdirilib. Hər iki məktəb 2012/2013-cü dərs ilinin əvvəlindən, yəni sentyabrın 15-dən burada yerləşdirilib.
3 mənzildə 250 şagird!
Maraqlıdır ki, yaşayış binalarının damında və mənzillərdə fəaliyyət göstərən hər iki məktəbdə oxumaq istəyən şagirdlərin sayı da artır. Hər iki təhsil müəssisəsinin rəhbərləri bildirirlər ki, məcburi köçkünlər buradakı binalara köçürüldükcə darısqal otaqlara sığınan məktəbin şagird və müəllim kontingenti də artır. Məsələn, 12 saylı binanın damında və II mərtəbəsində yerləşən Füzuli rayon 1 saylı tam orta məktəbin “sinif otaqları” cəmi 3 mənzildən ibarətdir. Hazırda bu məktəbdə 250 şagird təhsil alır. 40 qədər müəllim isə iki, bəzən isə 3 növbəli sistemlə uşaqların təlim-tərbiyəsi ilə məşğul olur. Ancaq otaqlar şagirdlərin sayına uyğun gəlmədiyindən dərslər növbəli sistemlə keçirilməsi bir yana, buradakı məktəbyaşlı uşaqların bir hissəsi ümumiyyətlə, təhsildən kənarda qalıb. Hətta yer o qədər darısqaldır ki, direktorun ayrıca kabineti yoxdur. Bu səbəbdən həm direktor, həm də müəllimlər koridordakı arakəsmədən ibarət “kabinetdə” oturur.
Eyvanda “müəllimlər otağı”
Şəhərcikdəki 11 və 12 saylı binaların damında fəaliyyət göstərən Ağdam rayon 34 saylı məktəbdə də eyni vəziyyətdir. Belə ki, 105 şagirdin təhsil aldığı “məktəb”də şagirdlər üçün ayrılmış “sinif otaqları” minimum tələbatı belə, ödəmir. Hətta “sinif otaqları” o qədər darısqaldır ki, müəllimlər 45 dəqiqəni bir küncdə ayaq üstə dayanmağa məcburdur. Elə bu səbəbdən biçarə müəllimlər heç olmasa, dərslərarası tənəffüslərdə oturmaq üçün “altıncı mərtəbə”nin eyvanında özlərinə “müəllimlər otağı” düzəltməyə hazırlaşır.
O ki qaldı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından köçürülən məcburi köçkünlərə, onlar şəhərcikdəki 14 və 15 saylı binalarda yerləşdirilib. Ancaq həmin ailələrdən olan uşaqların məktəb məsələsi hələ də qeyri-müəyyən olaraq qalır. Çünki nə Füzuli rayon 1 saylı məktəbə, nə də Ağdam rayon 34 saylı məktəbə əlavə şagird yerləşdirmək mümkün deyil. Bu səbəbdən şəhərciyə yeni köçürülmüş ailələrdən olan uşaqlar ya əvvəl təhsil aldıqları məktəbə getmək, ya da yeni məktəb binasının tikintisinə qədər təhsildən kənarda qalmaq məcburiyyətindədir.
Eltac İsazadə

2602