Aysel Əlizadə yazır: “Gecənin hüznü...” - DOQQUZUNCU MƏKTUB
Sizə “altıncı məktubu” yazandan 2 gün sonra “Altıncı hiss” filminə təkrar baxdım. Amerika rejissoru Nayt Şyamalan çəkib bu filmi. Drama, mistika, triller janrındadı. Ölüm, psixoloji pozuqluq, ruhlar, qətllər, keçmiş, gələcək, övlad, valideyn, insan, ortam, peşəkarlıq, tibb, duyğusallıq kimi mövzuların birindən o birinə elə sərt, dinamik, bəzən elə yağlı keçidlər edib ki, monitorun qarşısında həyəcanla, gərginlik içində oturursan. Məqam var ki, gözünü qırpmırsan, məqam var ki, pauza verməli olursan. Ya tez-tez nəfəs alırsan, ya da fasilə verib, dərindən yaxşıca bir nəfəs çəkirsən. Sudan, çaydan içib izləməyə davam edirsən. Bu vəziyyətdə filmi gecənin ortasına kimi izləyib bitirdim. Səhər yuxudan ayılanda gördüm ki, evin bütün işıqları yanır.
Yox, bu mistika deyildi. Yadıma düşdü ki, filmi izləyəndən sonra necə qorxmuşamsa, bütün otaqların işığını yanılı qoyub yatmışam.
Altıncı məktubu yazdığım gün əslində tamam ayrı şeylərdən danışacaqdım. Rəqəmi yazdım və altıncının təsiri məni alıb apardı...mistikaya inanıram!
Həmin gün google-da axtarış verdim, film çıxdı. Yazını bitirim, baxaram, düşündüm. Təbii ki, həmin gecə baxmadım.
2 gün keçdi... Gecə tək idim evdə. İzel “nənələriylə” bağa getmişdi. İzel xalalarıma da nənə deyir. Hələlik əqrəbanın yalnızca bir nəvəsi var deyə, əzizlənməkdən İzelin naz-qəmzəsi yerə-göyə sığmır. Son vaxtlar mənsiz heç yerə ayaq basmırdı, buna görə heç bir təpki vermədən külfətə qoşulub sakitcə getməsinə şaşırdım.
Əslində, altıncı məktubda ötən məktubların birində sizə söz verdiyim mövzudan - qızımı narahat edən məsələdən yazmaq istəyirdim. Bu, mistik saydığım səbəbdən məktub ertələndi. İzel bağa gedəndən sonra filmə baxdım və hər şey aydın oldu. Yazıdan əvvəl, filmi bir daha izləməliydim. Mistika burda gizlənmişdi. Sən demə, altıncı məktub buna görə elə sehrli alınmışdı. Buna görə mövzu ertələnmişdi.
Filmdə bir uşaq var. Atasından sonra dəhşətli stress keçirir. Psixoloji durumu pozulur, uşağın iç dünyası darmadağın olur. Filmin bəzi epizodlarında anlayırsan ki, uşağa həm də şüur altı duyğularla yanaşmaq lazımdı. Onun nə istədiyini həm də tapmalısan. Uşaqla ünsiyyətdə altıncı hissin həmişə oyaq olmalıdı. Balaca aktyor elə bir peşəkarlıqla oynayır ki, adam cumub uşağını bağrına basıb, balacam, sən dünyada hər şeydən əzizsən, demək istəyir.
Mən bilmirəm, qızımı həyatın şiddətli ağrılarından qoruya biləcəmmi... Bilmirəm. Çalışacam. Nəfəsimin, gücümün sonuncu təpəri ilə çalışacam...düşünürəm, deyirəm... ancaq görürsən ki, heç indidən bunu bacarmıram.
İzel hər gün atasını xəbər alır, hər bağçadan gələndə “ata gəlmədi, sən gəldin?” deyir. Özünü elə aparır sanki onu bağçadan götürməyə həmişə atası gedib. Əslində isə heç getməyib... İzelin əlindən tutub heç gəzdirməyib. İzelin nəyi sevdiyini, nəyi sevmədiyini heç bilmir. Heç bilmir ki, pultu, eynək qutusunu, qaşığı qulağına tutub hər gün ona zəng vurur İzel... Hər əşyadan özünə telefon düzəldib, körpə ağlıyla bəlkə bu işə yarayar, fikirləşib, onun nömrəsini yığır: “ata, hələ də işdəsən?” soruşur...
Əslində biz o şeyləri bilmirik ki, onları bilmək istəmirik. Çünki əlimiz çatacaq, ağlımız, imkanımız yetəcək nəsnələri bilmək üçün bunu istəmək yetərlidi. Deməli, ya ağlımız çatmır, ya da sadəcə istəmirik...
Bir gün gələcək, qızımla qadın-qadına söhbət edəcəyik. Bəlkə ona “atan mənim qisasımı (?) səndən alırdı” cümləsini heç vaxt deməyəcəm. Heç vaxt deməyəcəm ki, o, “məndə atalıq hissi yoxdu” fikrini şəstlə aləmə car çəkirdi, sənin onun sevgisinə ehtiyacın olanda. Mən əslində İzelə çox şeyi deməyə ürək eləməyəcəm.
Məsələn, dünyada pis adamlar var, onları başqasının nə yaşadığı yox, kiminlə yaşadığı maraqlandırır - deməyəcəm! Bu qədər nifrətin hardan yön aldığını heç vaxt anlamayacam bəlkə. Ancaq qızım özü çox şeyi anlayacaq. Çünki onu mən böyüdürəm.
Burdan kişi oxucularıma səslənmək istəyirəm: Qızınız varsa, həyatınızın ən önəmli bu kiçicik qadınına balaca kuklalar almalı olduğunuz vaxtları-zamanları, böyük abdal kuklalara xərcləməyin. Tanrı hər şeydən əvvəl bunu bağışlamır!
Filmə gəldikdə, əsas obraz uşaq psixoloqudu. Balalara kömək etməklə, onları yaşadıqları mənəvi sıxıntıdan xilas etməklə məşğuldu. Uşaq deyir ki, mən ölən adamları görürəm. Psixoloq bunun hallüsinasiya olduğunu sözsüz ki, bilir, ancaq üzə vurmur. Anlayış, təmkin, həkimlə aralarında yaranan dostluq uşağı sağaldır.
Filmdəki uşağın üz ifadəsi, hərdən İzelin gözlərində gözümə dəyən, balaca üzünü bir az kədərli edən baxışlarını xatırladırdı. Mən bu kədərin öhdəsindən gələcəmmi? Gələcəm! İzel xoşbəxt, sağlam, şanslı olacaq...
Uşaqlarını tək böyüdən valideynlər son dərəcə həssas, səbrli, inanılmaz dərəcədə anlayışlı olsunlar gərək. Bu aksiomdu, kuraldı, tabudu, tezisdi!
İnsan iki adamdan yaranıb. Ayaqlarının üstündə sərbəst dayanacağı günə qədər onun bu iki sevgiyə, qayğıya hava-su kimi ehtiyacı olur. Bağrınıza basın, bəbələri.
Qoy ev-eşiyi dağıtsın, siz də onunla birgə dağıdın, qoy yerə uzanıb üst-başını batırsın, siz də batırın. Bir də... uşağın hər dediyini eləmək yox, hər dediyini dinləmək önəmlidi.
İzel buna görə heç yerə mənsiz getmir. Çünki biz bir-birimizi dinləyirik. Çalışıram
ki, sevginin boş qalan tərəfini görməsin, duymasın. Nə qədər alınır, alınacaqmı
heç... Bunu əslində bilmirəm. Sadəcə yollarını axtarıram. Keçi buynuzunda
balalarına ot gətirdiyi kimi, hər yerdən sevgi tapıb İzelə gətirirəm. Yerdən, göydən,
meşədən, dənizdən... Hər şeyə dözmək olur, ancaq övladın gözlərindəki üzgünlüyə
dözmək mümkün deyil.
Uşaqların gözlərini qoruyaq... Təmiz gözlərini... Biz Vətəni, dünyanı bu gözlərə ötürüb gedəcəyik...

3624