Nazirdən vətəndaşlara şad xəbər
22 oktyabr 2012 18:47 (UTC +04:00)

Nazirdən vətəndaşlara şad xəbər

Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov yap.org.az saytına müsahibəsində bildirib. Nazir qeyd edib ki, ünvanlı yardımların təyinatında subyektiv amillərin minimuma endirilməsi, bu sahədə şəffaflığın artırılması məqsədilə hazırda 27 rayonda icra olunan poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə tətbiqi üçün işlər aparılır: “Ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılmasına, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə hazırlıq işləri aparılır. Bununla da müəyyən potensiala malik yoxsul ailələr şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı qazanacaq və bu təsərrüfatların genişlənməsi yeni iş yerlərinin yaranmasına, aztəminatlı vətəndaşın tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə şərait yaradacaq”.

F. Ələkbərov onu da vurğulayıb ki, bu aktiv proqramın icrası ünvanlı yardım alanların sayının 30 faizə qədər azalması ilə nəticələnəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3930

Oxşar yazılar