Səhiyyə Nazirliyinə 1463 müraciət
22 oktyabr 2012 15:44 (UTC +04:00)

Səhiyyə Nazirliyinə 1463 müraciət

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə bu ilin iyul-sentyabr ayları ərzində 1463 müraciət daxil olub. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş müraciətlərin 700-ü (140 əsaslı, 560-ı isə əsassız) şikayət, 293-ü – sorğu xarakterli, 60-ı aidiyyəti üzrə deyil, 410-u isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar