Misir Mərdanov: “Bu, ciddi problemdir”
22 oktyabr 2012 15:35 (UTC +04:00)

Misir Mərdanov: “Bu, ciddi problemdir”

Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy rayon İcra Hakimiyyətini başçısı Ramiz Yediyarov, adıçəkilən rayonların təhsil şöbə müdirləri, məktəb direktorları və digər şəxslər iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Azərbaycanın təhsil sistemində aparılan islahatlardan, ölkə prezidentinin bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər nəticəsində qazanılan uğurlardan danışıb. M. Mərdanov 6 rayonun təhsil göstəriciləri haqqında statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb, mövcud problemlərin həlli istiqamətində görüləcək işlərə toxunub.


Təhsil naziri müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmasını, gənc kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə edib: “Şagird-müəllim nisbəti məsələsinə gəlincə, qeyd edərdim ki, bu problem ciddi xarakter daşıyır və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulur”.


Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan nazir həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını bildirib. Müşavirənin sonunda təhsil naziri M. Mərdanov mövcud problemlərin aradan qaldırılması və qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün daha ciddi çalışmağın zəruriliyini önə çəkib və bir sıra tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2201

Oxşar yazılar