![Azərbaycan energetikləri peşə bayramını qeyd edirlər - FOTO](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Azərbaycan energetikləri peşə bayramını qeyd edirlər - FOTO
Oktyabrın 20-si Azərbaycanda Energetiklər günü kimi qeyd olunur. Bu gün ölkənin energetikləri peşə bayramlarının qeyd edirlər. «Azərikimya» İstehsalat Birliyindən Lent.az bildirilib ki, bayram ərəfəsində bu sahədə çalışan onlarla şəxs mükafatlandırılıb, təltif edilib. Qurumun yaydığı məlumatda həmin şəxslərdən üçü haqqında məlumat verilib. Məlumatda qeyd olunub: “«Azərikimya»nın energetika şöbəsində müstəqil Azərbaycanın orden və medallarına, yüksək tituluna layiq görülmüş üç təcrübəli energetik çalışır. Onların hər üçü uzun illər Sumqayıtın müxtəlif müəssisələrində çalışaraq, şəhərin, o cümlədən neft-kimya sənayesinin yüksək peşəkarlığa malik, aparıcı mütəxəssisləri kimi tanınır. 35 ildən artıq şəhərin ilk kimya müəssisəsində – Səthi aktiv maddələr zavodunda işləyərək, adi çilingərlikdən baş energetik vəzifəsinədək yüksəlmiş Akif Eminov müəssisənin etibarlı enerji təchizatına nail olduğuna, çoxsaylı yenilikçi təklifləri ilə zavodun enerji sisteminin səmərəli fəaliyyətini təmin etdiyinə görə 2005-ci ildə «Şöhrət» ordeni ilə təltif edilib. İki il əvvəl o, Birlik aparatında böyük energetik vəzifəsinə dəvət olunub.
Bu gün «Azərikimya»nın Energetika şöbəsinə rəhbərlik edən, bir vaxtlar Sumqayıtın elektrik şəbəkəsi sistemində çalışaraq, sıravi mühəndislikdən direktor vəzifəsinədək böyük əmək yolu keçmiş İslam İslamovu çoxları səriştəli, nüfuzlu bir energetik kimi yaxşı tanıyır. O, Sumqayıtın elektrik sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması ilə yanaşı, son illərdə «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində elektrotexniki avadanlığın yeniləşdirilməsi, vahid məhsul istehsalına enerji sərfinin azaldılması, enerjidaşıyıcılara qənaət edilməsi sahəsində də uğurlar qazanılmasına nail olub. Çoxillik elmi-təcrübi biliklərinin, elmi axtarışlarının nəticəsi olaraq texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş İ.İslamov 10 ildən artıq Sumqayıt Dövlət Universitetində müəllim kimi çalışaraq, gənc energetiklər nəslinin hazırlanmasına da öz töhfəsini verib. Sumqayıtın inkişafında xidmətlərinə görə ona ölkə Prezidenti tərəfindən «Əməkdar mühəndis» fəxri adının verilməsi onun çoxillik energetik əməyinin layiqli qiymətidir.
Şöbənin digər mütəxəssisi Rövşən İsgəndərovun da «Üzvi sintez» zavodunda 30 ilə yaxın əmək fəaliyyəti adi elektromontyorluqdan baş energetik vəzifəsinədək davam edib. Bu gün şöbə rəisi İ.İslamov haqlı olaraq fəxr edir ki, hələ 20 il əvvəl ali məktəbdə tələbəsi olmuş Rövşən indi öz istedadı, bacarığı sayəsində onunla yanaşı eyni şöbədə, həm də bilavasitə özünün müavini kimi işgüzarlıqla çalışır. Keçmiş müəllim kimi onu daha çox sevindirən isə daim gənclik həvəsi ilə yenilik axtarışında olan, böyük və mürəkkəb neft-kimya kompleksinin enerji təminatının daha səmərəli təşkilinə çalışan tələbəsinin də əməyinin ölkə başçısı tərəfindən yüksək qiymətləndirilməsi və «Tərəqqi» medalına layiq görülməsidir.
Xüsusilə diqqətəlayiqdir ki, son zamanlar bu ordenli-titullu mütəxəssislər gələcəkdə estafeti gənclərə vermək üçün sabahın daha müasir elektrik avadanlıqlarını bacarıqla idarə edə biləcək gənc energetiklər nəslinin yetişdirilməsinə də xüsusi diqqət və qayğı göstərirlər. Və bu gün – energetiklərin şərəfli peşə bayramı ərəfəsində onların hər biri xüsusi təbrikə və təşəkkürə layiq olduqlarını fədakar əməkləri ilə bir daha təsdiq etməkdədirlər”.

Oxşar yazılar
![XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək](https://lent.az/storage/news/2024/june/16/big/666ea2b8c88ba666ea2b8c88bb1718526648666ea2b8c88b4666ea2b8c88b7.jpeg)
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
16 iyun 2024 , 12:30![Çimərliklərdə hava necə olacaq?](https://lent.az/storage/news/2024/june/16/big/666ea142bc652666ea142bc6531718526274666ea142bc64c666ea142bc64f.jpg)
Çimərliklərdə hava necə olacaq?
16 iyun 2024 , 12:24![Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ](https://lent.az/storage/news/2024/june/16/big/666e9fb8643e3666e9fb8643e41718525880666e9fb8643dd666e9fb8643e0.jpg)
Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
16 iyun 2024 , 12:11![32 ildən sonra ilk dəfə Şuşa sakinləri BAYRAM ETDİLƏR -FOTOLENT](https://lent.az/storage/news/2024/june/16/big/666e90b9d231d666e90b9d231e1718522041666e90b9d2316666e90b9d231a.jpg)
32 ildən sonra ilk dəfə Şuşa sakinləri BAYRAM ETDİLƏR -FOTOLENT
16 iyun 2024 , 11:12![Azərbaycanda 35 dərəcə isti olub – FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/june/16/big/666e87138a472666e87138a4741718519571666e87138a46c666e87138a46f.jpg)
Azərbaycanda 35 dərəcə isti olub – FAKTİKİ HAVA
16 iyun 2024 , 10:31![Mingəçevirdə gəzinti qayığı yanıb, 10 nəfər xəsarət alıb -YENİLƏNİB](https://lent.az/storage/news/2024/june/16/big/666e862ddf8bb666e862ddf8bc1718519341666e862ddf8b5666e862ddf8b8.jpeg)
Mingəçevirdə gəzinti qayığı yanıb, 10 nəfər xəsarət alıb -YENİLƏNİB
16 iyun 2024 , 10:27![Şamil Rəsulov](https://lent.az/storage/news/2024/june/16/big/666e7d578b90b666e7d578b90c1718517079666e7d578b905666e7d578b908.jpg)
İmam: “Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil”
16 iyun 2024 , 09:49![Şuşada bayram namazı qılınıb -FOTOLENT](https://lent.az/storage/news/2024/june/16/big/666e78a8545c9666e78a8545cb1718515880666e78a8545c1666e78a8545c5.jpg)