“Billur su” istifadə üçün yararsız çıxdı
19 oktyabr 2012 18:39 (UTC +04:00)

“Billur su” istifadə üçün yararsız çıxdı

Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 35 ünvanında Nizameddin Yusuf Zergerə məxsus istehsalat sahəsində yoxlama aparılıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Billur su” adlı suların saxlama müddətinin heç bir normativ-texniki sənədə əsaslanmadan təyin edilməsi, suların etiketində qablaşdırılma tarixinin göstərilməməsi, habelə istehsal edilən suların insan istifadəsi üçün yararsız olduğu aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə Nizameddin Yusuf Zergerə 2 min 911 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875

Oxşar yazılar