AMEA Avrasiya patent-informasiya sistemindən istifadə edə biləcək
Rusiya Federasiyasının Moskva şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında “Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi haqqında” saziş imzalanıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sazişi Avrasiya Patent İdarəsinin mənzil qərargahında İdarənin prezidenti Aleksandr Nikolayeviç Qriqoryev və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov imzalayıblar.
Saziş əsasında Avrasiya Patent İdarəsi Azərbaycan Respublikasında milli patent sisteminin, tədqiqat və innovasiya fəaliyyətinin inkişafına yardım edəcək, Komitənin Avrasiya Patent İdarəsinə təqdim etdiyi rəsmi siyahı əsasında Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasına və onun bölmələrinə, kütləvi kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sisteminə (AAPATİS) sərbəst giriş imkanları yaradacaq. Bununla da patent sahəsində axtarışların aparılması, ixtira obyektlərinin aşkar edilməsi, habelə yenilərinin yaradılması üzrə işlərin məqsədyönlü istiqamətdə yerinə yetirilməsi əhəmiyyətli dərəcədə asanlaşacaqdır. Sözügedən sistemdən istifadə patentlərin qorunmasına, kommersiyalaşdırılmasına, bütövlükdə ölkənin iqtisadi inkişafı ilə bağlı olan innovasiyaların təşviqində özünəməxsus rol oynayacaq.
Qeyd edək ki, bu sənəd “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi haqqında Saziş”i imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixli 2459 nömrəli sərəncamına uyğun olaraq imzalanıb.

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33