Azərbaycan Dərbəndə humanitar yardım göndərdi
Azərbaycan Fövqəladə Hallar nazirliyi Rusiyanın Dağıstan respublikasının Dərbənd şəhərinə seldən zərər çəkənlər üçün humanitar yardım göndərib.
APA-nın verdiyi xəbərə görə, FHN-in Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsindəki hərbi hissəsindən 18 yük maşınından ibarət yardım karvanı saat 20 radələrində Dərbəndə yola düşüb.
FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirib ki, yardım Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə göndərilir. Sabah Dərbəndə çatacaq maşın karvanını 25 nəfər FHN əməkdaşı müşayiət edir. Onun sözlərinə görə humanitar yardıma bir maşın qənd, 3 maşın makaron, 6 maşın un, 2 maşın bitki yağı, 2 maşın dərman, bir maşın çay, bir maşın adyal, bundan başqa düyü, ət, qaz sobaları və soyuducular daxildir.

Oxşar yazılar

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35