“Erkən nikahlar: səbəblər, real təhlükələr”
Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Demokratik dəyərlərə yiyələnək, hüquqları qoruyaq” layihəsi çərçivəsində Lerikdə “Erkən nikahlar: səbəblər, real təhlükələr” mövzusunda dəyirmi masa keçirilib.
APA-nın Cənub bürosunun məlumatına görə, yerli idarə, təşkilat və müəssisələrin, hüquq mühafizə orqanlarının, ümumtəhsil məktəblərinin nümayəndələrinin, fəal gənclərin iştirakı ilə keçən tədbirdə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri, layihənin rəhbəri Vüsal Mirzəyev, İctimai Birliyin regional koordinatoru Afiq Məlikov erkən nikahların səbəbləri, bu halların qarşısının alınması istiqamətində valideynlərin, təhsil müəssisələrinin, hüquq mühafizə orqanlarının fəaliyyətini, habelə kütləvi informasiya vasitələrinin müstəsna rolunu xüsusi qeyd ediblər.
Bildirilib ki, “Demokratik dəyərlərə yiyələnək, hüquqları qoruyaq” layihəsi Azərbaycan Respublikasının cənub bölgəsinin əhalisi arasında əsas demokratik dəyərlərin təşviq edilməsi, gənc qızların məişətdə və sosial həyatda seçim etmək mədəniyyətinin formalaşmasına və inkişafına dəstək verməyə xidmət edir. Layihə həmçinin bütövlükdə əhalinin həssas qrup üzvlərinə reabilitasiya dəstəyi verməyi də nəzərdə tutur.
Layihənin hədəf qrupuna daxil olan insanlar 14–18 yaşlı qızlar, erkən nikahın qurbanı olmuş qadınlar və onların valideynləri, eləcə də qərar qəbulunda önəmli rola malik olan qurumların nümayəndələridir. Tədbirdə qeyd olunan mövzular ətrafında geniş müzakirələr aparılmaqla bərabər, ekspertlər tərəfindən iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53