Bakı Ali Neft Məktəbində Nobel mükafatı laureatı ilə görüş keçirilib - FOTO
05 oktyabr 2012 17:15 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində Nobel mükafatı laureatı ilə görüş keçirilib - FOTO

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, rəhbərlik etdiyi məktəb prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda yaradılıb. Rektor deyib ki, Bakı Ali Neft Məktəbi artıq Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələri qurub, ötən aydan isə ali məktəbə qəbul olmuş 116 tələbə tədris prosesinə qoşulub. E. Qasımov dünya şöhrətli alimin Azərbaycanın ən gənc ali təhsil müəssisəsinə gəlməsindən şad olduğunu bildirib, ona elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində fəal iştirakına görə Elmi Şuranın qərarı ilə “Bakı Ali Neft Məktəbinin Fəxri Doktoru” adının verildiyini elan edib və diplomu professora təqdim edib.

Daha sonra çıxış edən D. Şextman qeyd edib ki, Azərbaycan neftlə zəngin olduğu üçün burada kimyəvi mühəndislik və digər texniki sahələrdə kadrlar hazırlanmasına ehtiyac var. Bu baxımdan Bakı Ali Neft Məktəbinin açılması böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, Bakı Ali Neft Məktəbinin hazırladığı kadrlar sonradan iqtisadiyyatın inkişafına dəstək olacaqlar və ölkə üçün yeni məhsulları, texnologiyaları inkişaf etdirəcəklər. D. Şextman Azərbaycanın sürətli inkişaf yolunda inamla addımladığını vurğulayıb, Bakı Ali Neft Məktəbinin kollektivinə uğurlar diləyib və fəaliyyətinə verilən yüksək qiymətə görə öz minnətdarlığını bildirib.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644

Oxşar yazılar

Güclü leysan və qar  yağacaq - Sabahın HAVASI

Güclü leysan və qar yağacaq - Sabahın HAVASI

2 oktyabr 2024 , 12:52
Güclü küləklə  bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

2 oktyabr 2024 , 12:36
Bakının mərkəzindəki yol TAM BAĞLANIR

Bakının mərkəzindəki yol TAM BAĞLANIR

2 oktyabr 2024 , 11:48
Bu gündən meteor yağışı  BAŞLAYIR

Bu gündən meteor yağışı BAŞLAYIR

2 oktyabr 2024 , 11:17
Azərbaycana qar yağdı

Azərbaycana qar yağdı

2 oktyabr 2024 , 10:18
Bakının bu qəsəbəsi qazsız qalacaq

Bakının bu qəsəbəsi qazsız qalacaq

2 oktyabr 2024 , 09:27
Bu gün Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bu gün Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

2 oktyabr 2024 , 09:20
Üç bürc "qara" zolaqla  vidalaşacaq - Kimi böyük şans  gözləyir

Üç bürc "qara" zolaqla vidalaşacaq - Kimi böyük şans gözləyir

2 oktyabr 2024 , 09:09