Qadın hakimlərin sayının artmasına böyük ümidlər var
Mətbuatda qadın hakimlərin sayının azlığı ilə bağlı yazılar mənim də diqqətimi çəkdi. Əlbəttə, qadın hakimlərimizin sayı arzu etdiyimizdən xeyli aşağıdır. Lakin bu gün biz qürur hissi ilə deyə bilərik ki, qadınlar bütün məhkəmə instansiyalarında, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində layiqincə təmsil olunur, böyük məhkəmə kollektivlərinə rəhbərlik edirlər. Bir çox hallarda onların bilik və bacarığı, təşkilatçılıq qabiliyyəti, yüksək ədalət hissi və obyektivliyi hamıya nümunə göstərilir.
Təsadüfi deyil ki, təkcə son illər ərzində vəzifələrini nümunəvi yerinə yetirdiklərinə görə bir neçə qadın hakim yüksək dövlət təltiflərinə, «əməkdar hüquqşünas» fəxri adına layiq bilinib.
Lakin fakt faktlığında qalır. Qadın hakimlərimizin sayı arzu etdiyimiz qədər deyil. Bu Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) 2010-cu ilə dair hesabatında da əks edilib, Azərbaycanda hakim qadınların 9% təşkil etməsi göstərilib. Burada bir dəqiqləşdirmə də aparmaq lazımdır ki, bu faiz bütün, o cümlədən xeyli vakant olan (22 faiz) hakim ştatlarına nisbətdə hesablanıb. Reallıqda isə fəaliyyət göstərən mövcud hakimlərə nisbətdə qadınlar 11,7%, kişilər isə 83,3% təşkil edir. Həmçinin, hakimliyə namizədlərin şəffaf prosedurlar əsasında keçirilmiş sonuncu seçimi nəticəsində uğur qazanmış və hazırda hakim vəzifəsinə hazırlanmaları üçün bir illik tədrisə cəlb olunmuş 76 nəfər hakimliyə namizədin tərkibində qadınların sayının 20%-dək olması da təqdirəlayiqdir. Namizədlərin tədrisinə müəllim qismində cəlb olunduğumdan onların, xüsusilə qadın namizədlərin yüksək bilik nümayiş etdirmələrinin şahidi olmuşam. Yeri gəlmişkən hazırda namizədlər Türkiyədə insan haqları ilə bağlı yarım aylıq nəzəri və praktiki məşğələlər keçirlər.
Hesab edirəm ki, qadın hakimlərin azlığının ən mühüm səbəbi qadın hüquqşünasların az olması ilə bağlıdır. 80-90-cı illərdə təhsil almış hüquqşünaslar yaxşı bilir ki, həmin dövrlərdə hüquq fakültəsində qadın tələbələrin sayı barmaqla sayılacaq qədər az idi. Nəzərə alsaq ki, bu gün hakim korpusu əsasən həmin hüquqşünaslar hesabına formalaşır, qadın hakimlərin azlığı təəssüf ki, təbiidir.
Bunlarla yanaşı kifayət qədər sevindirici məqamlar da mövcuddur.
Əvvəla ondan başlayım ki, CEPEJ-in qeyd edilən hesabatı ötən ay Vyanada təqdim olunan zaman Azərbaycanın məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət nəticələr və CEPEJ ilə səmərəli əməkdaşlığı nəzərə alınaraq, təşkilatçıların dəvəti ilə Avropa məkanından cəmi üç dövlətin - Konfransa ev sahibliyi edən Avstriya ilə yanaşı, Fransa və Azərbaycanın ədliyyə nazirləri təqdimat mərasimində iştirak etmiş, tədbirin açılışında ədliyyə naziri Fikrət Məmmədov çıxış etmişdir. Qeyd etməliyəm ki, hesabatda ölkəmizdə məhkəmə islahatlarına göstərilən diqqət, o cümlədən maliyyə ayırmalarının artması, hakimlərin sayındakı artım tempi, modern məhkəmə infrastrukturunun yaradılması və müasir texnologiyaların tətbiqi təqdir edilərək Avropa dövlətləri sırasında yüksək göstəricilərlə xarakterizə edilib. Eyni zamanda CEPEJ tərəfindən Azərbaycanda hakimliyə namizədlərin seçimi prosesi öyrənilərək bütün Avropa dövlətlərinə nümunə kimi göstərilib.
Həmçinin, sevindiricidir ki, artıq gənc nəsil hüquqşünasların tərkibində qadınlar heç də azlıq təşkil etmir. Təkcə son illərin statistikası göstərir ki, hüquq fakültəsinin tələbələri sırasında qadınların sayı 40-50%-ə çatır. Hakimliyə namizədlər sırasında qadınların sayında müşahidə olunan artım tendensiyası məhz bunun məntiqi nəticəsidir.
Bu hal qadınların nəinki hakim korpusunda, eləcə də hüququn digər sahələrində kişilərlə çiyin-çiyinə, layiqincə təmsil olunmasına böyük inam yaradır. Eyni zamanda fürsətdən istifadə edib xanım hüquqşünaslarımıza səslənir, onları hüquqşünas-qadın təəssübkeşliyi göstərməklə şəffaf prosedurlarla mütəmadi keçirilən hakim seçkilərində iştiraka dəvət edirəm.
Səadət Bektaşi
Sumqayıt Apellyasiya Məhkəməsinin sədri,
İxtisaslaşmış Məhkəmə Hakimləri Assosiasiyasının sədri

Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən sensasiyalı PROQNOZ: onun mahiyyəti nədir
30 iyul 2025 , 20:15
Sabah Bakıda hava çox əlverişsiz olacaq, çölə çıxmayın
30 iyul 2025 , 19:05
Tezliklə çətinlikləri unudacaq BÜRCLƏR: Yeni mərhələ kim üçün başlayır
30 iyul 2025 , 18:33
Ən yaxşı kondisioneri necə seçək? Münasib, sürətli və uzunömürlü markalar - ARAŞDIRMA
30 iyul 2025 , 17:05
Peşə məktəblərindəki boşluqlar: Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...
30 iyul 2025 , 16:43Bakı-Ələt-Qazax yolundan istifadə edən sürücülərə XƏBƏRDARLIQ
30 iyul 2025 , 16:21
Bu il 41 bağça müdiri işdən çıxarılıb
30 iyul 2025 , 15:35