Binəqədidə Beynəlxalq Müəllim Günü qeyd edildi - FOTO
Bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Oğuzxan” şadlıq evində 5 oktyabr – Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirilib. RİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Natiq Əliyevin verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan RİH başçısı Xaləddin İsgəndərov Beynəlxalq Müəllim günü münasibətilə tədbir iştirakçılarının timsalında bütün Binəqədi müəllimlərini təbrik edərək, onlara uğurlar arzulayıb. 5 oktyabr – Beynəlxalq Müəllim gününün qeyd edilməsinə dair qərarın ilk dəfə 1966-cı ildə YUNESKO-da imzalandığını bildirən Xaləddin İsgəndərov hazırda dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlərin peşə bayramının qeyd edildiyini, Müstəqil Azərbaycanda isə bu tarixin 1993-cü ildən qeyd edildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini, filologiya elmləri doktoru, professor, əməkdar müəllim Hüseyn Əsgərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon Komitəsinin sədri, əməkdar müəllim Almaz Hacıyeva və başqaları bu gün dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Sonda tədris ilində yüksək nəticə göstərən və təhsil sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup təhsil işçisinə RİH başçısının qiymətli hədiyyələri və fəxri fərmanları təqdim edilib.

Oxşar yazılar

Bu gün Bakının 3 rayonunun qazı kəsiləcək
18 aprel 2025 , 09:31
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 aprel 2025 , 08:16
Tezliklə bütün problemlərə “əlvida” deyəcək BÜRCLƏR
18 aprel 2025 , 00:02
Ən uzun insanlar hansı ölkədə yaşayır? - ARAŞDIRMA
17 aprel 2025 , 19:18
Sabahın tibbi-meteoroloji PROQNOZU
17 aprel 2025 , 16:46
Bu əşyaları hədiyyə etməyin – Bədbəxtlik gətirir
17 aprel 2025 , 16:32
Şimali Kipr mediasında Aqil Ələsgərin AÇIQLAMASI: “İlham Əliyevin mövqeyi Türk dünyasına açıq mesajdır”
17 aprel 2025 , 15:05