Nuşirəvan Məhərrəmli: “Uşaq televiziyasının yaradılması zəruridir”
03 oktyabr 2012 18:27 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli: “Uşaq televiziyasının yaradılması zəruridir”

Lent.az-ın məlumatına görə, bunu Milli Telaradio Şurasının 10 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Şuranın sədri Nurişiravan Məhərrəmli bildirib.

N. Məhərrəmlinin sözlərinə görə, uşaqlarla bağlı verilişlərin, cizgi filmlərinin və uşaqları maraqlandıran proqramların sayı azdır: “Buna görə də hesab edirəm ki, uşaqlarla bağlı ayrıca kanal yaradılmalıdır. Dövlət tərəfindən dəstək olsa, belə bir kanalın yaradılmasının tərəfdarıyıq”.

MTRŞ-nın sədri onu da bildirib ki, regionlarda televiziya və radioların sayının artırılmasını istəyirik: “Bu məsələ də müzakirə olunur. Regional radiostansiyaların açılması üçün yaxın vaxtlarda müsabiqə elan olunacaq”.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117

Oxşar yazılar