Allahşükür Paşazadə: “...zərbə vurmağa çalışırlar” - FOTO
Respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük seminar-treninq işinə başlayıb. DQİDK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Oğuzda təşkil olunan konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Canrolad Musayev, akademik Vasif Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər. Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayəndə iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub. Seminar-treninqi giriş sözü ilə açan komitə sədri E. İsgəndərov ölkə dindarlarının müasir dövrün tələbləri ilə ayaqlaşmalarının zəruriliyini vurğulayıb. O, Azərbaycanda yüksək səviyyədə olan “Dövlət-din” münasibətlərinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkib. E. İsgəndərov bildirib ki, maarifləndirmə komitənin fəaliyyətində əsas istiqamət olacaq.
Daha sonra seminar iştirakçılarına şeyxülislam Hacı Allahşükür Paşazadə müraciət edib. O bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanda daim yüksək səviyyədə olan dini tolerantlıq ab-havasına zərbə vurmağa çalışırlar. Bunun qarşısını almaq üçün də istər bölgədə, istərsə də ölkənin digər regionlarında din xadimləri diqqətli olmalıdırlar, maarifləndirmə prosesinə xüsusi həssaslıqla yanaşmalıdırlar.
Qeyd edək ki, tədbir 2 gün davam edəcək.

Oxşar yazılar

Gənc şair Həsən Kür vəfat etdi
7 iyul 2025 , 23:53
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradıldı
7 iyul 2025 , 18:41
Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC
7 iyul 2025 , 18:35
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
7 iyul 2025 , 17:01
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA
7 iyul 2025 , 15:10