Azərbaycanda 300 uşaq ürək əməliyyatı üçün növbədədir
29 sentyabr 2012 11:54 (UTC +04:00)

Azərbaycanda 300 uşaq ürək əməliyyatı üçün növbədədir

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Nazir müavinin sözlərinə görə, 3 il əvvəl ölkədə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait əsasında Elmi-Cərrahiyə Mərkəzinin nəzdində Uşaq Cərrahiyə Mərkəzi yaradılıb. İndiyədək burada 250 uşaq üzərində müxtəlif çeşidli ürək əməliyyatları keçirilib. Növbədə dayanmış 300 uşağın əməliyyatı isə bir il ərzində həyata keçiriləcək.

Nazir müavini uşaqlarda ürək qüsurlarının çoxalması ilə bağlı fikirlərlə razılaşmayıb: «Sadəcə əvvəllər uşaqlar müalicə üçün başqa ölkələrə və ya özəl klinikalara üz tuturdular. Artıq bu məsələ dövlət tərəfindən həllini tapıb».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329

Oxşar yazılar